Mirmahmud Mirəlioğlu: “Onun özbaşnalığı Yevlaxdan da bəlli idi”
Sırağagün axşam saatlarında Gəncənin icra başçısı Elmar Vəliyevin və mühafizəçisinin Qasım Aşbazovun güllələnməsi Mingəçevir İES-də baş vermiş partlayışla eyni vaxta təsadüf etdiyi üçün, bu hadisələri bir-bir ilə əlaqələndirənlər də var. Maraqlıdır ki, bu hadisələrin bir-biri ilə həqiqətən də əlaqəsi varmı?
“Bu məsələ kriminallığın baş alıb getməsinin göstəricisidir”
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə bildirdi ki, adətən istənilən hadisəni hüquq-mühafizə orqanları araşdıranda məsələni bir neçə ehtimal üzərində qururlar: “Şübhəsiz ki, hansı siyasətçi neçə adlandırır, bundan asılı olmayaraq bəzi ehtimallar üzərində düşünənlər olacaq. Mingəçevirdə baş verən hadisə araşdırılanda daha dəqiq bilinər. Amma heç kəs inandırmaq mümkün deyil ki, bu, sırf təbiət hadisəsidir, anomal istinin nəticəsidir. Ümumiyyətlə, bu cür strateji obyektlərin qorunmamasının, altenativ variantların olmamasının göstərcisidr və hazırlıqsız yaxalanmadır. Yəni hakimiyyətin, əlaqədar qurumların heç nəyə hazır olmadığının göstərisidir. O cümlədən bilirsinz ki, bizim binaların üzərindəki rəmzlərin içərisində erməni rəmzinin göstərilməsi elə-belə sıradan məsələ deyil və yaxud ermənilərin Bakıya gəlişini xüsusi qeyd edən adamların olması, metroda təxliyyə məsələləri və.s şübhəsiz ki, bu fərziyyələr Elmar Vəliyevin məsələsi ilə əlaqəli ola bilər. Amma olmaya da bilər. Həm Mingəçevirdə baş verənlər və bu partlayışın nəticəsi olaraq sonradan baş verən fəsadlar, bütün bu məsələlər hamısı hakimiyyətin daha ciddi işləməsini tələb edir. Təəssüflər olsun ki, hakimiyyət bir iş görmür. 25 il müddətində ancaq 1 illik Elçibəy hakimiyyəti ilə müqayisə edib və “biz eləyik, beləyik, onda belə idi”, deyirlər. Əslində, bu məsələ birbaşa kriminallığın baş alıb getməsi, həm də hakimiyyətdə olan məsul şəxslərin, konket olaraq Elmar Vəliyevin timsalında icra başçısının məsuliyyətsizliyinin, özbaşnalığının və idarətməni bacarmadığının göstəricidir. Yəni bunların heç birisi kənarda qalan hallar deyil və bunlar reallıqdır. Təbii, bu hadisələri bir-biri ilə əlaqələndirmək məsələləri təhqiqatın işidir. Başqa cür ola da bilməz”.
“Onlar özləri oğru sistemi kimi bir sistem müəyyənləşdiriblər”
M.Mirəlioğlu vurğuladı ki, Elmar Əliyevin güllələnməsi məmur özbaşnalığının birbaşa nəticəsidir: “Elmar Vəliyev ən özbaşına və məsuliyyət hissi olmayan icra başçılarından biridir. Yəni bunu tam məsuliyyəti ilə mən deyirəm. O, Xanlar Vəliyevə arxayındır. Xanlar Vəliyevə kimə arxayandır, bunlar ayrı-ayrı məsələlərdir. Onun özbaşnalığı Yevlaxdan da bəlli idi. Onlar özləri oğru sistemi kimi bir sistem müəyyənləşdiriblər və bu sistemdə hərəkət edirlər, onu bilməyən yoxdur ki. Sadəcə olaraq deyən yoxdur. Hər kəs blir, amma heç kəs demir”.
“Elmar Vəliyev özündən kiçiklərə qan udduran bölgə padşahlarından biridir”
“Mətbuatda Elmar Vəliyevlə Şahin Eyyubovun konfliktinin ortaya çıxdığı aydın olub. Baş verənləri o düşmənçiliyin nəticəsi kimi ehtimal etmək olarmı” sualına M Mirəlioğlu belə cavab verdi: “Mən o detalları bilmirəm. Mən bildiyim budur ki, tanıdığım Elmar Vəliyev Yevlaxdan üzü bəri olduğu vəzifələrdə kifayət qədər heç bir hədd-hüdud gözləmədən, hər zaman senzurasız danışan və hərəkət edən, yalnız özündən böyükləri qarısında yaltaqlanan, kiçiklərə isə qan udduran bölgə padşahlarından, özünün padşah kimi aparanlardan biridir. Onun haqqında indiyə qədər də nələrsə var. Yəqin ki, onu sabah qəhrəman da edə bilərlər. Ölkə başçısı bəlkə Bakıya gətirəcək, icra başçısı təyin edəcək, o da ayrı məsələdir. Şahin Eyyubov adında adam tanımıram, bilmirəm. Mənim belə məlumatım yoxdur və inanmıram da bu çapda bir-birinə qarşı söhbətlər olsun, bunlar biri-birini hədələsinlər, özü də onun ranqı da bundan üstündür, axı. Əgər elə bir şey varsa, bu məmur özbaşınalığı deyil, qudurğanlıqdır”.
“İşğal olunmuş ərazisində anti-terror əməliyyatı keçirməyən ölkə Azərbaycan günündə olmalıdır”
“Elmar Vəlieyevin güllələnməsi xarici faktorla bağlı ola bilərmi” sualını isə M.Mirəlioğlu belə cavablandırdı: “Bizim məsələlərimiz çox incə məsələlərdir. Bunu arayan-axtaran, təhqiq edən. araşdıran yoxdur. Hər şey ola bilər. Hər kəs də bunu bilir. Mingəçevirdə baş verənləri təfərrüatı ilə mən də, hakimiyyətdə olanlar da bilmədiyi halda və yaxud bilməmişdən qabaq qonşu ölkələrin xüsusi xidmət orqanlarından tutmuş media nümayəndələrinə qədər bilirlər, yayırlar. Bu da o deməkdir ki, onlar bu məsələləri bizdən artıq bildiklərinə görə, burada maraqları da ola bilər. Hər şey ola bilər, bunu Mingəçevirdə baş verən partlayışlarla da, ayın 26-da keçirilən paradla da əlaqələndirmək olar. Amma ən ümdəsi budur ki, müharibə edən, ərazisi işğal olunmuş və ərazisində anti-terror əməliyyatı keçirməyən ölkə elə bu gündə, Azərbaycan günündə olmalıdır”.
Şamo EMİN, Hurriyyet.org
araz.az xəbər portalı.