1530906477_hanness.jpg

“Qarabağ”a gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Hansı kluba keçdiyimin fərqindəyəm.

Axar.az xəbər verir ki, bu açıqlama ilə “Qarabağ”ın yeni transferi Hannes Tur Halldorsson çıxış edib.

Klubun Feysbuk səhifəsinə danışan islandiyalı qapıçı Qarabağın tarixi haqqında məlumatlı olduğunu deyib:

“Bura gəlməzdən əvvəl həm klub, həm də Azərbaycan haqda məlumat toplamışam. Karyeram ərzində dünya çempionatı və Avropa çempionatının final mərhələlərində oynamışam. İndiki hədəfim “Qarabağ”la Çempionlar Liqasında oynamaqdı. Burda da “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyimə əmin olun. “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm. Bu haqda ətraflı məlumatım var”.

araz.az xəbər portalı.