cesaret_.jpg

Dərs demək istəyən direktorlar vəzifələri ilə vidalaşmalıdır .
Son günlər direktorlar və onların müavinləri, həmçinin, təhsil şöbələrinin işçilərinin orta məktəbdə dərs deməkdən azad olunacaqları barədə mətbuatda məlumatlar dolaşır. Yəni, bu peşə sahibləri ya öz peşələrində qalmalı, ya da müəllim işləməlidirlər. Bu problemlə əlaqədar redaksiyamıza dəfələrlə müraciətlər daxil olub və bu məsələyə aidiyyati nazirlik tərəfindən aydınlıq gətirilməsi xahiş edilib.
Məsələyə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Cəsarət Valehov “Yeni Musavat”ın sosial şəbəkədəki canlı yayımında aydınlıq gətirib.

C.Valehov bildirib ki, məktəb direktoru və müavinləri dərs deyə bilməz:

“Məktəb direktorları və onların müavinləri, həmçinin, təhsil şöbələrinin işçiləri orta məktəbdə dərs demək istəyirlərsə, o zaman onlar diaqnostik qiymətləndirmədən keçməlidirlər. Əgər diaqnostik qiymətləndirmədə müvəffəq qiymət ala bilərlərsə, onların inzibati vəzifəsinə xitam veriləcək. Bundan sonra dərs demək hüququna malik olacaqlar.”(AzEdu.az)

araz.az xəbər portalı.