kreml1_0.jpg

Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planından başqa yolla həlli qeyri-mümkündür.
Bu sözləri Muxalifet.az-a Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin erməni həmkarı Armen Qriqoryanla görüşünü şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputat bildirib ki, Rusiya vaxtilə mərhələli həll planının müəllifi olub:
“Vladimir Kazimirov hələ 1997-ci ildə Minsk Qrupunun həmsədri kimi bu təkliflə çıxış etmişdi. Sadəcə olaraq, ermənilər sonradan mərhələli həll planının əleyhinə çıxdılar. Ancaq bu məsələyə realist yanaşan hər bir siyasətçi və diplomat anlayır ki, indiki mərhələdə məsələnin başqa yolla həlli mümkün deyil. Ya münaqişə dondurulur və bu vəziyyət sonda müharibəyə aparıb çıxarır, ya da Qarabağ məsələsi mərhələli həll planı üzrə çözülür”.
Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla görüşüb. O görüşdə bildirib ki, Rusiya bütün tərəflərin maraqlarını nəzərə almaqla, Dağlıq Qarabağ konfliktinin sülh və mərhələli şəkildə həllinə sadiqdir.

 

araz.az xəbər portalı.