113018.jpg

Təkrar etməyə məcburam. Heç bir siyasi mənsubiyyətim olmayıb və yoxdur. Söhbət müstəqil Azərbaycan dövlətinin yarandığı gündən bu vaxta kimi olan dövrdən gedir.
Ölkə başçısının rəhbərliyi altında keçirilən enerji böhranı ilə əlaqədar müşavirə ilə bağlı bəzi fikirlərimi sizlərlə bölüşmək istərdim.

İlk dəfə idi ki, cənab prezidenti bu qədər pərişan və əsəbi görürdüm. Bir insan və Azərbaycan vətəndaşı kimi onu çox yaxşı başa düşürəm.Kim necə anlıyır elə də qəbul etsin. Dövlət başçısının etibar edib vəzifəyə təyin etdiyi xeyli məmur və vəzifəli şəxslər, sadə dillə desək, ona xəyanət edib və edir. İndi durub müşavirədə ozunu çox ağıllı və dövlət adamı kimi göstərməyə cəhd etməklə deyil ee, cənab yoldaşlar. Sizə həvalə edilən sahəyə azca, çox demirəm, cüzi diqqət etsəydiniz, vallah Azərbaycan adına yaşadığımız xoşagəlməzliklər qətiyyən olmazdı.

Uzeyir-Ceferov.jpg

Ölkənin taleyinə cavabdehlik daşıyan qurumlardan birinin çox əzəmətli və kifayət qədər imkanlı, hörmətli naziri Kəmaləddin Heydərov müəllim durub ölkə başçısına deyəndə ki, FHN-nin Azərenerji bossuna (başqa söz ona uyğun gəlmir) Etibar Pirverdiyevə etdiyi iradlardan o nəticə çıxartmayıb, mən dəhşətə gəldim. Deməli, Etibar Pirverdiyevin ölkə adına gətirdiyi ziyanların bir 5 qat artığını biz hörmətli Kəmaləddin müəllimdən soruşmalı və tələb etməliyik. Maşallahlar olsun ölkəmin Baş prokuroru Zakir Qaralov da son vaxtlar kifayət qədər ətə-cana gəlib. Əsl cənnət həyatı yaşayan amerikan kişilərdən biri təsirini bağışladı mənə ölkənin 1 saylı qanun keşikçisi. Deməli, onun üçün hər şey əladır və istəməyənin gözü çıxsın. Amma, sizi varlığım qədər əmin edirəm ki, əgər hörmətli Baş prokuror vaxtında Etibar Pirverdiyevi, elə müşavirədə bül-bül kimi ölkə başçısına az qala “nayezd” eləmək istəyən yalançı səhiyyə naziri Oqtay Şirəliyevi və digərlərini bir balaca silkələsəydi, vallah bu rəzalət yaşanmazdı.
Cənab prezident, sizi inandırım ki, sizin üzünüzə gülüb, sizə və Azərbaycan xalqına guya sədaqətli olan məmurların xeyli hissəsi tam qeyri-səmimi və təsadüfi adamlardır. Onların Sizə və Azərbaycan xalqına guya vicdanla xidmət etdiklərini deməsi, sadəcə öz “şkuralarını” qorumaqdan başqa bir hərəkət deyil. Müşavirədən sonra da mən əmin deyiləm ki, onlar işlərində ciddi dönüş yaratsınlar. Siz onlara qarşı bir qədər sərt və amansız davranın. İstəməzdim ki, sözlərimi başqa yerə yozsunlar. Belə məmurlarla siz hələ çox əsəb və sarsıntı keçirəcəksiniz. Yanınıza Sizə və Azərbaycana sidq ürəkdən bağlı olan kadrları toplayın. Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində, elə Milli Məclisin özündə də XEYLİ TƏMİZLƏNMƏ işi aparılmalıdır. Azərbaycanın uğurlu və xoş gələcəyi Sizi aldatmağa cəhd edən bəzi yalançı, xəyanətkar nazir və komitə sədrləri ilə deyil, Sizə, Xalqına, Dövlətinə və Dövlətçiliyinəı sadiq GƏNC Kadrlarla mümkündür. İnanın ki, onlar heç vaxt imkan verməzlər ki, sizin diliniz nə rusun, nə amerikalının, nə də fransızın yanında qısa olsun. Bivec və mafioz, yalançı və talançı məmurlardan tez bir zamanda azad olun. Sizi inandırıram ki, gənc və işlək komanda ilə Siz Möhtəşəm Tarix yazmış olacaqsınız. Bunu da Sizə mən, Azərbaycanda doğulub, elə Azərbaycanda da ölməyə üstünlük verən bir sadə peşəkar zabit olan birisi deyirəm.

P.S. 1994-cü ilin mart ayında döyüşlərin səngiməsinə bir müddət qalanda, mən Beyləqan İcra hakimiyyətinin binasında Silahlı Qüvvələrin bütün komanda-qərargah heyətinin toplantısında mərhum eks-prezident, Ali Baş Komandan Heydər Əliyevdən söz istədim və o məni 10 dəqiqə diqqətlə dinlədi. Və dediklərimi ŞƏXSƏN öz əli ilə qeyd etdi. Sonda da mən ondan üzr istəyəndə, o hamının qarşısında belə də dedi: “Oğul, sənin niyə üzr istəyirsən? Dediklərinin hamısı doğru və düzgün iradlardır. Qoy bunlar -üzünü zalda oturan bəzi general və məmurlara tutaraq, uca səsiylə, səndən üzr istəsinlər”. Və öz müşavirləri olan rəhmətlik general Nurəddin Sadıqova və hazırda Milli Məclisdə komitə sədri olan Arif Rəhimzadəyə lazım olan tapşırıqları verdi. Doğrudur, sonradan bəzi yaramazlar mənə və ailəmə xoş olmayan çox problemlər yaşatmağa can atdılar, amma hamısı Allahın köməyi ilə cavablarını aldılar.
Təvazökarlıqdan uzaq da olsa, onu deməyi özümə borc bilirəm ki,mən o vaxt da, indi də, inşallah sabah da Xalqıma və Dövlətimə görə HAQQ sözünü deməyə davam edəcəyəm.
Tanrı Azərbaycanımızı əbədi qorusun”

Üzeyir Cəfərov, hərbi ekspert

araz.az xəbər portalı.