WhatsApp Image 2018-07-11 at 06.42.54.jpeg

Erməni-daşnak təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş qərbi azərbaycanlıları öz ətrafında birləşdirən “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin, bu yaxınlarda özünün möhtəşəm ikinci qurultayını keçirdiyi barədə, araz.az xəbər portalı da, geniş yazı dərc edib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutmuş həmin tədbirdən hazırladığımız həmin reportajda deyılirdi ki, Azərbaycan Respublikasının dövlət himninin oxunuşu ilə öz işinə başlayan bu tədbirdə, öncə, ölkə prezidenti İlham Əliyevin ümidverici və qəlbləri riqqətə gətirən “İndiki Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub.

İrəvan, Göyçə, Zəngəzur… tarixi Azərbaycan torpaqlarıdır və biz, hökmən, öz tarixi torpaqlarımıza qayıdacağıq!” çağırışının başqa bir məna qatdığı video-rolik nümayiş etdirilib. Bundan daha da ruhlanan qurultay nümayəndələrinin və qonaqların da, öz maraqlı çıxışlarını, əsasən, düşmən təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların qəlblərini riqqətə gətirən çağırışlar üzərində qurduqları həmin yazıda xüsusi vurğulanıb. O da qeyd edilib ki, ruhlandırıcı və ümidverici bu çıxışların ümumi mahiyyəti ondan ibarət olub ki, yurd-yuvalarından didərgin düşənlər, tezliklə o yerlərə qayıdacaqlar.
Daha sonra, reportajda o da bildirilib ki, qurultayda təşkilatın rəhbər postuna seçki keçirilib. Rizvan Talıbovun növbəti dəfə QAQB sədrliyinə namizədliyi irəli sürülüb və o, açıq səsvermə yolu ilə, yenidən qurumun sədri seçilib. Qurultay, həmçinin qurumun 75 nəfərdən ibarət Ali Məclisinə, eyni zamanda, 7 nəfər daimi üzvdən, 7 nəfər üzvlüyə namizəddən ibarət Mərkəzi Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirib və bu seçkili orqanları formalaşdırıb.
Araz.az-a daxil olan digər bir məlumatda isə bildirilir ki, elə bu qurultayın seçki yolu ilə yenidən formalaşdırdığı “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin Ali Məclisi də, bu günlərdə yeni üzvləri ilə ilk toplantısını keçirib. Tədbirdə, cari məsələlərlə yanaşı, Birliyin yeni strukturunun təşkili məsələlərinə baxılıb. “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin Nizamnaməsinə uyğun olaraq, toplantıda, Ali Məclisin sədri və onun iki müavini seçilib. Göyçə mahalının Krasnoselo rayonundan Əli Vəliyev Ali Məclisin sədri, Dərələyəz mahalından Aslan Həşimov və Qafan rayonundan Zöhrə Xəlili onun müavinləri seçiliblər.

[bt_slider uid=”1531293394-5b45aed2134d9″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-07-11 at 06.43.12.jpeg” title=”WhatsApp Image 2018-07-11 at 06.43.12.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-07-11 at 06.47.03.jpeg” title=”WhatsApp Image 2018-07-11 at 06.47.03.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-07-11 at 06.48.22.jpeg” title=”WhatsApp Image 2018-07-11 at 06.48.22.jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]Sonra Rizvan Talıbovun öz təqdimatı ilə, Namiq Aslanov QAQB sədrinin birinci müavini, Sahib Musayev Maliyyə və İqtisadiyyat məsələləri, Nəzakət Zeynalova Gənclərlə İş, Sabir Rüstəmov Beynəlxalq Əlaqələr və Beynəlxalq Təmsilçilərlə İş, Maarif Məhərrəmbəyli Təşkilati Məsələlər üzrə sədrin müavinləri vəzifələrinə təsdiq olunublar. Eyni zamanda, Namiq Kərimov Gəncə şəhəri üzrə Birliyin təmsilçisi təyin edilib.
Ali Məclisin bu toplantısı, Birliyin Ağsaqqallar və Qadınlar şuralarının yaradılmasını da qərara alıb…

…Beləcə, QAQB-nin haqqında yazdığımız möhtəşəm qurultayı kimi, Ali Məclisinin yeni tərkibdəki ilk toplantısı da, ruhlandırıcı qərarların qəbulu, eləcə də, üzvlərinin çıxışlarındakı “Tezliklə tarixi dədə-baba torpaqlarımızda görüşəcəyik!” və bu kimi digər ümidverici çağırışlarla yadda qalan olub. Öz işini böyük ümidlərlə yekunlaşdıran Ali Məclisin üzvləri, araz.az-ın əməkdaşına açıqlamalarında onu da bildiriblər ki, QAQB -nin davamlı və məqsədyönlü fəaliyyəti həm ictimaiyyətdə, həm də qaçqın və məcburi köçkünlərdə əsirlikdə inləyən doğma yurdlarımıza gec-tez qayıdışımızı gerçəkləşdirə biləcəyimizə böyük ümidlər yaradır.
Emil CAMALOV,
araz.az-ın xüsusi müxbiri.

araz.az xəbər portalı.