Bu, “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin sədri Rizvan Talıbovun müraciətinin əsas motivini təşkil edir
Azərbaycanın ikinci paytaxtı sayılan Gəncə şəhərindəki kritik durumla bağlı, adı çəkilən təşkilat adından onun rəhbəri Rizvan Talıbov orada yaşayan qərbi azərbaycanlılara müraciət ünvanlayıb. araz.az-a daxil olan həmin sənəddə deyilir: “Ölkənin ikinci paytaxtı sayılan Gəncədən həyəcanlı xəbərlər var. İki polis əməkdaşı qətlə yetirilib, bir neçə yaralı var! Hadisələrin gedişi onu göstərir ki, ölkədə sabitliyi pozmaqda maraqlı olan xarici qüvvələr hərəkətə keçiblər!.
Yaranmış kritik vəziyyətdə hər bir məsuliyyətli vətəndaş sabitliyin qorunmasına töhvə verməyə çalışmalıdır! Nə xarici düşmənlərə, nə də tarixi düşmənimiz olan ermənilərə sevinmək imkanı verməməliyik! QAQB olaraq, bütün qərbi azərbaycanlılara müraciət edirəm; Biz, qərbi azərbaycanlılar həmişə dövlətçiliyimizin müdafiəçisi olmuşuq və bu gündə dövlərçiliyin, sabitliyin qorunmasında aktiv rol oynamalıyıq! Ona görə də, QAQB sədri olaraq, mən sizə müraciət edirəm; İğtişaşlardan uzaq durun, heç bir təxribatçı çağırışlara qoşulmayın! Bu gün bizdən tələb olunan vətəndaşlıq mövqeyi, ölkəmizin suverenliyinə düşmən olan qüvvələrə fürsət verməməkdən ibarətdir! Təmkininizi saxlayın və heç bir qanunsuz kütləvi aksiyalara qatılmayın və iğtişaş olan yerlərdən uzaq durun! Qanunçuluğu bərpa edən polis qüvvələrinə imkanınız daxilində yardım edin!”.
Rüfət RƏHMANOĞLU,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.