1531472994_rasim-sad.jpg

Xəzər Rayon İH-də məsləhətçi vəzifəsində işləyən Akif Əsgərov Bakı şəhərinin meri olacaq???
«Təzadlar»ın 28 iyun 2018-ci il tarixli sayında dərc olunmuş «AKİF ƏSGƏROVUN ƏRDOĞAN PLANI BAŞ TUTACAQMI?» araşdırma yazısı ciddi reaksiya doğurmuşdur. Yazıda Azərbaycanda nəşr olunan “Tarixi şəxsiyyətlər” jurnalının 2018-ci il aprel sayının qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunması qeyd edilirdi. Maraqlıdır ki, sözugedən jurnala məsləhətçilik edənlər tanınmış hansısa siyasətçilər, siyasi ekspertlər deyil, ehtiyatda olan polkovnik Rasim Sadıxov və Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi olmuş, hazırda Pirallahı rayon İcra Hakimiyyətində məsləhətçi işləyən Akif Əsgərovdur. Bəs bu insanların belə bir siyasi-ictimai məzmunlu jurnala məsləhətçiliyinin arxasında nə durur???

«Nazir Nadir Əhmədov polkovnik kürəkəni Rasim Sadıqova görə işdən qovuldu»

Yazı dərc ediləndən sonra jurnalın naşiri redaksiyaya gəldi, dərc olunan yazı ilə bağlı fikirlərini bildirdi. Amma izahladıq ki, bu yazının müəllifi var, onunla söhbətləşsə, daha yaxşı olar. Elə də oldu… Ardınca yazının müəllifi redaksiyaya bir açıqlama göndərdi. Aşağıda kiçik ixtisarla təqdim edirik:
«Salam, hörmətli redaksiya!
Məlumat üçün bildirim ki, yazılanların hamısı düzgündür. Qoy Akif Əsgərov və ya qeyrisi hünəri var redaksiyanı versin məhkəməyə və orada da onun illər boyu törətdiyi korrupsiya faktları məhkəmə qaydasında açılacaq. Biz özümüzdən nəsə bir uydurma fakt yazmamışıq. Bu faktlar 10 %-dir. Qaldı ki, “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoruna nə düşüb ki, narahat olur. Bəribaşdan pulunu alıb jurnalı R.Ərdoğana həsr edib. Biz onun jurnalında yazılanları tənqid etməmişik ki. Lakin o da doğrudur ki, bu filosof Akif Əsgərov sabiq polkovnik Rasim Sadıqovla qudadırlar. Və mənim yerlimdir. Şəkinin qonşu Aşağı Göynük kəndindəndir. Doğrudan da onun bir sıra diləgətirilməz hərəkətinə və əməlinə görə mən məcbur oldum ki, Akif Əsgərov barəsində bu araşdırmanı işıqlandırım ki, kiməsə güvənməsin, özünü tanısın! Həmin materialı Sizə göndərirəm.
Əksinə, bir sıra məsələlərdə mən ona yaxşılıq etdim. O da əvəzində məni pis vəziyyətə saldı. Mən də bir yazar olaraq Azərbaycan məmuru haqda bir araşdırma yazısı verdim mətbuata. Vəssəlam. Dediyim kimi, Akif Əsgərov və onun qudası Rasim Sadıqov barəsində yenə araşdırma yazılar veriləcək. Məsələn, Siz bilirsinizmi ki, şəxsiyyətinə yüksək hörmət bəslədiyim sabiq rabitə naziri Nadir Əhmədov nəyə görə vəzifəsindən qəfil olaraq, prezident sekçisindən dərhal sonra qovuldu??? Məhz onun polkovnik kürəkəni Rasim Sadıqovun siyasi işlərə birbaşa girişməsinə, özünə aid olmayan siyasi səhvlərə əl qoymasına görə. Yazıq Nadir müəllim hələ də bu günə kimi bilmir ki, canını qoyduğu bu vəzifədə bir manat belə adı korrupsiyada hallanmadığı halda, onu vəzifədən niyə qovdular? Təbii ki, bu, sensasiyalı bir məslədir. Bu barədə ətraflı yazılacaq…

«Qaldı Akif Əsgərova, ilk növbədə onu Rabitənin «Milli Qəhrəmanı» adlandırmaq olar…»

Mən sadəcə, olaraq gözləyirəm ki, ya qudası Akif Əsgərov, ya da Respublika Hərbi Komissarının müavini olmuş (2009-a qədər) polkovnik Rasim Sadıqov qəzeti və ya məni məhkəməyə versinlər, ondan sonra açım sandığı, töküm pambığı. Bu materialları Sizə göndədrirəm və araşdırın, dərc edin. Qaldı Akif Əsgərova, ilk növbədə onu Rabitənin «Milli Qəhrəmanı» adlandırmaq olar. Belə ki, heç bir inkişaf etmiş və etməmiş ölkələrdə rabitə sistemində 12 qadının adını (ölü canları) elektrik mantyoru vəzifəsinə A.Əsgərov kimi təyin etməzlər. Axı bu kişi sənətidir, qadın necə montyor işləyə, «stolba»lara dırmaşa bilər?! Azərbaycan qadınının nə işi var 10 metr hündürlüyü olan rabitə dirəklərinə dırmanıb telefon xətlərinin nasazlıqlarını yoxlayır, elə deyilmi? Akif Əsgərov milli mentalitetə belə yer vermir, təki pul qazansın. Fərqinə varmır. Budur, 2016-cı ilin fevralından Sumqayıt Telekommunikasiyadan çıxdıqdan sonra, həm Nazirlik, həm də Hesablama Palatası bu idarədə yoxlamalar apardı. Hamısını da yola verdi. Məgər dövlətin rəsmi yoxlamaları gömürlər ki, qadını elektrik montyoru ştatına yazmazlar? Xahiş edirəm, Siz bu məsələni Baş Prokurorluğa göndərin, tədbir görülsün. Bəs yoxlayanlar məsələni necə ört-basdır ediblər? Bunun başqa anlamı yoxdur. Yoxlamalar qazdan ayıq olur. Və onlara saxta sənəd keçmir.
Qaldı ki, həm R.Sadıqov, həm də A.Əsgərov “Tarixi şəxsiyyətlər” jurnalında R.Ərdoğanı tərifləyəndən və jurnal çap ediləndən dərhal sonra həm Türkiyəyə emissarlar göndəriblər, həm də Türkiyədəki nüfuzlu basın mənsublarına, rəsmi orqanlarına (mədəniyyət və siyasi) Azərbaycandakı səfirliklərdən tutmuş, Türkiyə telekanallarına və Ərdoğanın şəxsi saytına bu jurnalların elektron variantını göndəriblər ki, guya bu iki qudanı- Rasim Sadıqovla Akif Əsgərovu Türkiyəyə bu “böyük işləri”nə görə yüksək vəzifələrlə təltif etsinlər! Bu jurnalın Türkiyədə Prezident seçkisindən 1 ay qabaq çıxması da bu niyyətə hesablanmış gediş imiş. Amma…

«Jurnalın 116-cı səhifəsində qeyd edilən maliyyə dəstəyi etmiş Qəzənfər Səfixanlı da elə Akif Əsgərovun oğludur…»
«NAZİR NADİR ƏHMƏDOV POLKOVNİK KÜRƏKƏNİ RASİM SADIQOVA GÖRƏ İŞDƏN QOVULDU»
…Jurnalın 116-cı səhifəsində qeyd edilən maliyyə dəstəyi: Qəzənfər Səfixanlı da elə A.Əsgərovun doğma oğludur. Oğluna da atası Səfixanın soyadını veribdir. Qısası, bu iki qudanın niyyəti cənab Ərdoğandan yaxşı bir pay ummaq olub. Çünki hal-hazırda Rasim Sadıqov 6 ildir ki, təqaüdə göndərilib, son işlədiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin Baş Qərərgah rəisi vəzifəsindən (cənab Mədət Quliyevlə yola getmədiyinə görə), Akif Əsgərov də bir filosof kimi adını hələlik Xəzər Rayon İH-də məsləhətçi vəzifəsinə yazdırıbsa da, çox vaxt gününü evdə keçirir. Bu şəxsin əsas hədəfini isə yaxın ətrafının söylədiyinə görə, guya Prezident R.T.Ərdoğan bu jurnalı oxuyub dərhal Prezident İlham Əliyevə zəng vurub xahiş edəcək ki, Akif Əsgərovu Bakı şəhərinə mer təyin etsinlər. O, artıq bu barədə bəzi dairələrdə məlumatlar yaıb… Ona bu işdə Fərhad Əliyev də köməklik göstərəcəyini vəd edib. Elə ona görə də bu jurnalın xüsusi buraxılışının işıq üzü görməsini tezbazar reallaşdırıblar.
***
O ki qaldı “Tarixi Şəxsiyyətlər” jurnalının adından istifadə etmək istəyənlərə, bu haqda bir neçə söz demək istəyirəm.
Hörmətli “Təzadlar” qəzeti redaksiyası!
Bu yaxınlarda “Akif Əsgərovun “Ərdoğan” planı” başlıqlı araşdırma yazım bir neçə internet portallarda və eləcə də “Təzadlar” qəzetinin saytında işıq üzü görmüşdür. “Tarixi Şəxsiyyətlər” jurnalının 2018-ci ilin aprelində işıq üzü görmüş 42-ci sayı da türk dünyasında böyük nüfuza malik olan Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. Jurnalda Ərdoğanın həyat yolu, siyasi fəaliyyəti barədə ətraflı məlumat və məqalələr yer alıb. Lakin mən məqalədə də qeyd etdiyim kimi, yazım belə bir jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsinə, bu şəxslərin əsl niyyətlərinə həsr olunmuşdur. Belə ki, bu məqaləni yazmaqda məqsədimiz həqiqətən adları dəfələrlə ölkə mətbuatında qanun pozuntusu hallarına yol vermiş Akif Əsgərov və onun qohumu Rasim Sadıqovun bu jurnalın adından istifadə etməklə nəzərdə tutduqları və həyata keçirmək istədikləri “PLANLARI” oxuculara, yuxarı dairələrə çatdırmaqdan ibarət olmuşdur. Və məqalənin əvvəlində də jurnal barəsində qeyd etmişdik ki, Azərbaycanda nəşr olunan “Tarixi şəxsiyyətlər” jurnalının 2018-ci il aprel sayı qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. Turkiyənin rəsmi mətbuatında müxtəlif vaxtlarda dərc olunmuş məqalələri toplayaraq ”Çağdaş Türkəyinin fatihi” adlandırılmış Rəcəb Tayyib Ərdoğan haqqında olan bu jurnalda ilk baxışdan qeyri-adi heç nə yoxdur. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanin bu ölkədə gördüyü işləri Azərbaycanda təbliğ etmək təqdirəlayiq bir haldır. Lakin bu niyyət xoşdursa.
Maraqlı olan jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsidir… Lakin jurnalın dəyərli baş redaktoru Xəlil Qarəhmədov rəhbərlik etdiyi jurnalın adının şəxsi niyyət güdən şəxslərlə əlaqədar hallanmasından narahatdır. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, mənim bu jurnalın özü və yaradıcı heyəti haqqında yalnız yüksək fikrim vardır. Belə ki, beynəlxalq ictimai-siyasi jurnal kimi nəşr olunan bu dərgi özünün hər sayını tarixin bir tanınmış insanına həsr edir. O tanınmış şəxslər oxuculara təqdim edilir ki, onların barəsində hər gün oxumaq, hər gün yeni nələrsə öyrənmək maraqlıdır, həm də özünü tərbiyə baxımından dəyərlidi. Elə ona görə də jurnalın baş redaktoruna da öz ehtiramımı bildirir və ona yaradıcı işində bir daha uğurlar arzulayıram.
Dərin hörmətlə, müstəqil jornalist Məmməd Əhmədoğlu
***
Aşağıda böyük rezonansa səbəb olmuş yazını təkrar təqdim edirik:
AKİF ƏSGƏROVUN ƏRDOĞAN PLANI BAŞ TUTACAQMI?-YENİLƏNİR
Tarix: 28.0/6./2018
…Azərbaycanda nəşr olunan “Tarixi şəxsiyyətlər” jurnalının 2018-ci il aprel sayı qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. Turkiyənin rəsmi mətbuatında müxtəlif vaxtlarda dərc olunmuş məqalələri toplayaraq ”Çağdaş Türkəyinin fatihi” adlandırılmış Rəcəb Tayyib Ərdoğan haqqında olan bu jurnalda ilk baxışdan qeyri-adi heç nə yoxdu.
Qardaş olkənin prezidenti Rəcəb Tayyib Ərdoğanin bu ölkədə gördüyü işləri təbliğ etmək təqdirəlayiq bir haldır. Maraqlı olan jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsidir. Məsələn, məsləhətçi Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, yaxud Prezidentin İctima Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, yaxud da hər hansı bir millət vəkili olsaydı bizlərə o qədər maraqlı gəlməzdi. Bəs sözugedən jurnala məsləhətçilik edən kimlərdir və bunun arxasında nələr durur? Ehtiyatda olan polkovnik Rasim Sadıxov və Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi olmuş, hazırda Pirallahı rayon İcra Hakimiyyətində məsləhətçi işləyən Akif Əsgərov. Bəs görəsən bu sabıqləri Rəcəb Tayyib Ərdoğan haqqında jurnal buraxmağa nə vadar edib? Rasim Sadıxov haqqında hələlik heç bir şey deyə bilmərik. Yalnız onu bilirik ki 2004-cü ilə qədər Rabitə Naziri olmuş Nadir Əhmədovun kürəkənidir və onun sayəsində Respublika Hərbi Komissarının müavini vəzifəsinə qədər yüksəlib, işdə yol verdiyi ciddi nöqsanlara görə də hərbi sistemdən kənarlaşdırılıb. Rəcəb Tayyib Ərdoğan haqqında buraxılmış jurnalda həmməsləhətçi olduğu Akif Əsgərovla da qudadırlar və hal-hazırda birlikdə Bakının mərkəzində, Tibb Universitetinin yaxınlığında böyük yaşayış kompleksi tikintisinə sərmayə qoyub, iş görürlər. Yəni, illər uzunu yığdıqları milyonlarla pulları biznesdə yumaqla məşğuldurlar.
Bəs Akif Əsgərov kimdir? Akif Əsgərov sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevə yaxınlığı ilə tanınan bir şəxsdir. Fərhad Əliyevin dönəmində “Bakı fəhləsi” zavodunun direktoru olmuş və sözügedən zavodu taladıqdan sonra barəsində qaldırılmış cinayət işinə baxmayaraq Şirvan (keçmiş Əli Bayramlı) şəhərində “Bayva” Elektrik Enerjisi və Satışı İdarəsində mudir işləyən Akif Əsgərov çox kecmir ki, rabitə sahəsində fəaliyyətini davam etdirir. Fərhad Əliyev məlum səbəblərə görə həbs edildikdən sonra Akif Əsgərov dönüb olur Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun adamı.

Necə oldu ki, 2005-ci ildə Fərhad Əliyev həbs edildi, amma Akif Əsgərov vəzifə sahibi oldu?

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi işlədiyi müddətdə Akif Əsgərovun gördüyü qanunsuz əməllərdən dövrü mətbuat o qədər yazıb ki, bir kitaba sığmaz. Sumqayıt Telekommunikasiya Qovşağının köhnə ATS avadanlıqlarının (tərkibində qızıl və platin materialların sökülməsindən sonra) metalloma satılmasından tutmuş, kabel çəkilişində əldə etdiyi külli miqdarda dövlət vəsaitinə qədər, ”ölü canlar”dan tutmuş (12 qadının adını montyor ştatına işə götürmüşdür), telekommunukasiya qovşağını fərqli məkana çevirməsinə qədər, Sumqayıt şəhərindəki tikinti biznesindən tutmuş, Ukrayna və İrandaki biznes şəbəkəsinə qədər kifayət qədər yazılıb. Biz bütün bunlara toxunmaq istəməzdik. Bilirsiniz nəyə görə? Ona görə ki, Akif Əsgərovdan yazmağın xeyri yoxdu. O, həmişə olduğu kimi, sudan duru çıxacaq. Necə ki, yaxınlığına baxmayaraq 2005-ci ildə Fərhad Əliyev həbs edildi, amma Akif Əsgərov vəzifə sahibi oldu, 2015-ci ildə Vidadi Zeynalov həbs edildi, Akif Əsgərov azadlıqda, güya indi də Pirallahı rayon İcra Hakimiyyətində məsləhətçi işləyir, amma Tibb Universitetinin yaxınlığında yeni yaşayış binası tikdirir. Bütün bunlara baxmayaraq bir neçə aydan sonra Akif Əsgərovun hansisa bir rayona icra başçısı vəzifəsinə təyin ediləcəyinə də heç bir şübhəniz olmasın.
Elə Prezident Rəcəb Tayyib Ərdogana həsr edlmiş jurnalın bir sayının məhz Akif Əsgərov tərəfindən 8000 manat civarında maliyyələşməsi onun bu planlarından xəbər verir. Akif Əsgərovun indi də R.T.Ərdoğana yarınmaqla hakimiyyətlə qırılmış münasibətləri bərpa etmək niyyəti buradan bəlli olur. Niyə məhz R.T.Ərdoğan vasitəsi ilə? Məlum olduğu kimi Fərhad Əliyev Prezident İlham Əliyevin əfv sərəncamı ilə həbsdən azad edildikdən sonra bir müddət Respublikadan kənarda, daha dəqiq, Türkiyədə yaşadı. Ötən ilin sonlarında isə dövrü mətbuatın yazdığına görə Fərhad Əliyev Sumqayıt Sənaye Parkında sürtgü yağları istehsal edən zavod açdı. Deyilənlərə gorə sözügedən zavodun açılmasında Fərhad Əliyevə Respublikaya qayıtmasında və biznes fəaliyyətini davam etdirməsinə məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkliyi olmuşdur. Əcəba, Akif Əsgərov Türkiyə prezidentini “çağdaş Türkiyənin fatehi” adlandırmaqla nə etmək istəyir? Fərhad Əliyevin yolunumu getmək istəyir? R.T.Ərdoğanın vasitəçiliyi ilə vəzifəyəmi qayıtmaq istəyir? Amma Akif Əsgərov burada yanılır. Birinci ona görə ki, o heç vaxt Fərhad Əliyev ola bilməz. Cünki Fərhad Əliyevin bir iqtisadçı olduğuna kimsə şübhə edə bilməz. İkincisi isə Akif Əsgərov Ərdoğan çağdaş Türkiyənən fatehidirsə, bəs onda İlham Əliyev kimdir? Məgər İlham Əliyev Azərbaycan üçün az işlər görüb? Niyə İlham Əliyev haqqında da belə bir jurnal-kitab buraxdırmır??? Əgər vəzifəni İlham Əliyev verirsə, dağa-daşa düşmək nəyə lazım Akif Əsgərov? Elə İlham Əliyevin Azərbaycanda gördüyü işlərdən, onun daxili və xarici siyasətindən niyə bir kitab ortaya qoymur? Təbii ki, İlham Əliyev cənabları da heç kimin əziyyətini yerdə qoymadığı kimi, Akif Əsgərovun da arzularını yerinə yetirərdi. Əlbəttə R.T. Ərdoğana da ehtiyac olmazdı.

Akif Əsgərov fəlsəfə üzrə elmlər doktoru imiş?

Onu xüsusilə vurğulamaq istərdik ki, Akif Əsgərov həm də Fəlsəfə üzrə elmlər doktoru imiş. “Bakı fəhləsi” zavodu, “Bayva” Elektrik, Standartlaşdırma, rabitə qovşağı, icra hakimiyyəti və fəlsəfə. Bunlar nə dərəcədə uygun olan bir şeylərdir? İqtisad elmləri doktoru olsaydı, hardasa inandırıcı olardı, çünki işlədiyi yerlər birbaşa iqtisadiyyata aid olan sahələrdir… Bəs necə oldu ki, Akif Əsgərov Fəlsəfə üzrə elmlər doktoru oldu? Akif Əsgərovun barəsində üstünə işıq salınması lazım olan çox qaranlıq məsələlər var… Bu barədə növbəti yazıda…
Müstəqil jurnalist: Məmməd Əhmədoğlu

araz.az xəbər portalı.