Türkmənistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mekan İşanqulıyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub və Fondun gördüyü işlər və layihələrlə tanış olub.
Eurasia Diary xəbər verir ki, görüş zamanı Türkmənistan səfiri Mekan İşanqulıyev və BAMF-ın prezidenti Umud Mirzəyev bir sıra məsələlərə, o cümlədən Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.
BAMF prezidenti Umud Mirzəyev Türkmənistan səfirinə Fondun fəaliyyəti barədə məlumat verib. O, qeyd edib ki, 1992-ci ildə yaranandan bəri BAMF fəaliyyətini genişləndirərək hazırda Azərbaycandan kənarda dünyanın bir çox ölkələrində böyük bir tərəfdaş şəbəkəsinə malikdir. Fondun prezidenti 25 il ərzində BAMF tərəfindən vətəndaş cəmiyyəti, qaçqın və məcburi köçkünlər sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.
Umud Mirzəyev qeyd edib ki, mətbuat orqanı olaraq obyektiv məlumatların yayılması da Fondun fəaliyyət sahəsinə daxildir. Fond Azərbaycanda beynəlxalq təşkilatlar, BMT agentlikləri, diplomatik nümayəndəliklərlə əməkdaşlıq edərək müxtəlif humanitar layihələri həyata keçirir.
BAMF prezidenti həmçinin, regionda sülhün təmin olunmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, münaqişələrdən ən çox dinc əhali əziyyət çəkir. BAMF prezidenti Türkmənistanın Azərbaycandakı səfirliyi ilə müxtəlif istiqamətlərdə birgə əməkdaşlığa hazır olduğunu bildirib.
Öz növbəsində, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanqulıyevə Beynəlxalq Avrasiya Mətbuat Fondunun müxtəlif sahələrdə fəaliyyəti barədə məlumat verilib.
Səfirin sözlərinə görə, Azərbaycan və Türkmənistanın mədəni və tarixi kökləri bir-birinə sıx bağlıdır. Mekan İşanqulıyev səfirliyin əsas vəzifəsinin Azərbaycan və Türkmənistan xalqları arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi olduğunu qeyd edib. Səfir Türkmənistan və Azərbaycan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb. İki ölkə arasında əlaqələr yüksələn istiqamətdə inkişaf edir. Prezident Qurbanqulu Berdimuhammedovun Azərbaycana rəsmi səfəri bu inkişaf üçün yaxşı stimul olmuşdur.
Sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ziyarət etdiyi üçün səfirə minnətdarlığını bildirib.
Görüşün sonunda Mekan İşanqulıyev dəvətə görə Umud Mirzəyevə təşəkkür edib və ona “Canlı Əfsanə” kitabını təqdim edib.
***
Посол Туркменистана в Азербайджане посетил офис МФЕП
Чрезвычайный и Полномочный посол Туркменистана в Азербайджане Мекан Ишангулыев побывал в гостях у Международного Фонда Евразия Пресс и ознакомился с работой и проектами фонда.
Как сообщает Eurasia Diary, на встрече посол Туркменистана Мекан Ишангулыев и президент МФЕП Умуд Мирзаев коснулись ряда вопросов, в том числе темы расширения сотрудничества между Азербайджаном и Туркменистаном.
Президент МФЕП Умуд Мирзаев рассказал послу Туркменистана о деятельности Фонда. Он отметил, что с момента создания (1992 г), МФЕП расширил свою деятельность и имеет большую сеть партнеров за пределами Азербайджана во многих странах мира. Президент Фонда проинформировал о проектах, осуществляемых МФЕП в течение 25 лет в области гражданского общества, беженцев и ВПЛ.
Умуд Мирзаев отметил, что распространение объективной информации в качестве прессы, так же является частью деятельности Фонда. Фонд, в сотрудничестве с международными структурами, агентствами ООН, дипломатическими представительствами в Азербайджане, реализует различные гуманитарные проекты.
Президент МФЕП также подчеркнул важность обеспечения мира в регионе. Он отметил, что больше всего от конфликтов страдают мирные люди. Президент МФЕП заявил о готовности сотрудничества с посольством Туркменистана в Азербайджане по разным направлениям.
В свою очередь посол Туркменистана в Азербайджане Мекан Ишангулыев отметил, что хорошо осведомлён о разновидной деятельности Международного Фонда Евразия Пресс.
По словам посла, Азербайджан и Туркменистан тесно связаны культурными и историческими корнями. Мекан Ишангулыев отметил, что основной задачей посольства является дальнейшее расширение и укрепление связей между народами Азербайджана и Туркменистана. Посол подчеркнул, что взаимоотношения между Туркменистаном и Азербайджаном имеют очень высокий уровень. Развитие отношений между нашими странами идет по нарастающей. Хорошим стимулом для этого роста стал официальный визит Президента Туркменистана Гурбангулы Бердымухамедова в Азербайджан.
Далее президент Международного Фонда Евразия Пресс Умуд Мирзаев поблагодарил посла за его визит.
В завершение встречи Мекан Ишангулыев выразил признательность Умуду Мирзаеву за приглашение и вручил ему книгу “Живая легенда”.
araz.az xəbər portalı.