Baxışlar uyğun gəlmədiyindən, iki İctimai Birlik arasındakı əməkdaşlıq müqaviləsi pozulub

WhatsApp Image 2017-12-18 at 23.08.26.jpeg

Bu barədə, araz.az xəbər portalına daxil olan və “Bakı – Dirçəliş” İctimai Birliyinin sədri Abbasağa Məmmədovun və adıçəkilən qurumun Ağsaqqallar Şurasının sədri, Milli Azadlıq Hərəkatının öncül liderlərindən biri Nəsir Ağayevin imzaladıqları Bəyanatda öncə deyilir ki, “Gücümüz – birliyimizdədir!” şüarıyla meydana çıxan, yarandığı gündən dövlətə və dövlətçiliyə xidməti əsas meyarına çevirən bu təşkilatın başlıca məqsədindən biri də, Bakı və Bakıətrafı yaşayış məntəqələrinin əsas problemləriylə ciddi məşğul olmaqdır. Bu səbəbdən, ictimai-siyasi həyatımızda baş verən hadisələrə “Bakı – Dirçəliş” heç vaxt biganə qala bilmir. Bəyanatda dövlətə və dövlətçiliyimizə yönələn son hadisələr – Gəncə və Mingəçevir olayları şərh edilərkən, o da bildirilib ki, ölkənin ictimai-siyasi mühitindəki bu həssas məqamda, adları çəkilən hər iki qurumun bir-birləri ilə əməkdaşlığını mümkünsüz hesab edirlər:

Abasaga-Memmedov.jpg“Çünki yaydığımız Bəyanatda bunun konkret səbəblərini göstərmişik; “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin rəhbərliyinin, ictimai-siyasi durumumuzdakı bu həssas məqamda, “Bakı – Dirçəliş”-in xoşməramlı təkliflərini müxtəlif qeyri-ciddi, əks təkliflərlə və bəhanələrlə qəbul etmədiyi, həmçinin son dövrlər təşkilatın sədri Əsgər Məmmədovun başqa ictimai-siyasi dairələrlə mənasız iş birliyinə gedərək, heç bir iş görmək, nə isə etmək istəmədiyi əsas səbəb kimi açıq-aşkar ortaya çıxarılıb. Son vaxtlar, göstərilənlərə dair qanqaraldıcı bütün məlumatların daha da artdığını nəzərə alaraq, bu Birliklə əməkdaşlığı birbaşa mümkünsüz sayırıq. Konkret desək, adlarıçəkilən iki İctimai Birliyin ictimai-siyasi baxışları, cəmiyyətdə tutduqları mövqe bir-birinə uyğun gəlmədiyindən, onların “çəkici bir yerə vurmaları” da, mümkünsüzdür”.
Araz.az-ın əməkdaşına Bəyanatın ətraflı şərhini verən Nəsir bəy Ağayev, bu sənəddəki bir neçə vacib məqamı da önə çəkərək, bildirib ki, bu, təəssüf doğuran bir haldır, amma “Bakı – Dirçəliş” üçün faciə deyil: “Axı, ölkə üçün taleyüklü indiki həssas siyasi məqamda “Bakı – Dirçəliş”-in belə bir təşkilatla əməkdaşlıq etməsi, onlarla iş birliyindən danışması məntiqsiz görünərdi. Biz onlarla məcburi şərtlərlə də danışa bilmərik. Bu səbəbdən, əməkdaşlıq protokolunun xətm edilməsinə qərar verdik. Ümid edirik ki, söz verib, iş görməyən bir təşkilatla əməkdaşlıqdan imtina, bizim gələcək effektiv fəaliyyətimizə də, öz müsbət təsirini göstərəcək”.
index İB.jpgNəsir bəy Ağayev hesab edir ki, bu addımdan “Bakı – Dirçəliş”-in fəaliyyətinə hansısa xələl gələ də bilməz. Belə addımlar, ancaq ümumi demokratik dəyərlərə, ictimai təşkilatların mənafelərinə və Azərbaycanda demokratiya uğrunda gedən mübarizəyə yalnız müsbət təsir göstərə bilər: “Çünki vədləri real olmayan, faktiki olaraq göstərilən iş birliyi şəraitində fəaliyyətsiz görünən təşkilatların kağız üzərində olan saxta əməkdaşlıqları, əslində ölkədə real demokratik təşkilatların birgə faliyyətinə və uğur qazanmasına həmişə mane olub. Ona görə də, tam əminik ki, bu mövqeyimiz bizim fəaliyyətimizə öz müsbət təsirini göstərəcək.
Bir də ki, “Bakı -Dirçəliş” olaraq, “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin perspektivini görmürük. Çoxları kimi, mən də bu qurumun gələcəyini belə görürəm. Uzun zaman keçsə də, bu qurumun və onun rəhbərinin ortada sıx əməkdaşlığımıza dair müsbət bir işinə rast gəlmədik. Elə, bunlar kifayət etdi ki, bu iki İctimai Birliyin əməkdaşlığına, çoxsaylı üzvlərimizin yekdil səs çoxluğu ilə son qoyulsun. Elə, hamı əsas za20072018.jpgsəbəb kimi, Əsgər Məmmədovun təşkilatın sədr postunda fərqli düşüncə tərzində hərəkət etdiyini göstərdi. Bu, olduqca təəssüf doğuran hal olunduğuna görə, biz həmin Birliklə yollarımızı tamamilə ayırdıq”.
Sonda onu da qeyd etməyi vacib bilirik ki, verilən Bəyanat xüsusi vurğulanan bu cümlələrlə bitib: ” “Bakı-Dirçəliş” İctimai Birliyi dövlətə və dövlətçiliyə xidmət etməyi qarşısına əsas məqsəd qoyan hər bir ictimai-siyasi təşkilatla əməkdaşlıq münasibətləri qurmağa, bu prizmadan ictimai fəaliyyətini ən ümdə məsələlərin həlli istiqamətində daha da genişləndirməyə hazırdır!”.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.