Əbil HƏSƏN
Rüstəmin türmədən çıxdığı beş-altı ay olardı. Düz on beş il yatmışdı. Olub keçənlər indi kino lenti kimi gözlərinin qarşısında canlanırdı. O vaxt Rüstəm kəndin ən gözəl qızlarından biri olan Zərifə ilə nişanlı idi, toya hazırlaşırdılar. Rüstəmgilin ailəsində toy ab-havası əməlli-başlı hiss olunurdu. Lakin bu sevinc uzun çəkmədi. Hər şey bir anın içində dəyişdi. Rüstəm Zərifə ilə gedərkən “şeytan” Qulamın onlara sataşması böyük bir faciənin başlanğıcı oldu.Rüstəm Qulamın üstünə getdi. Nə yaxşı ki, kənd cavanları araya girib davanın böyüməsinə imkan vemədilər. Rüstəm hirsli -hirsli ona:-“Səni öldürəcəyəm”:-dedi.
Şeytan Qulam da Zərifəni sevirdi. Hətta anasını onlara elçi də göndərmişdi. Ancaq Zərifə “yox” demişdi.O gündən şeytan Qulamla Rüstəmin arasında düşmənçilik başlamışdı. Bu hadisədən üç gün kənd şeytan Qulamın ölüm xəbəri ilə silkələndi. Rayon mərkəzindən gəlib Rüstəmi sorğusuz-sualsız apardılar. Ona on beş il iş verdilər.
Rüstəm bir də kəndə həbsxanadan çıxdıqdan sonra qayıtdı. Uzun illər ərzində kəndə çox şeylər dəyişmişdi. O, türmədən qayıdanda artıq anası da yox idi.Oğlunun dərdi onu öldürmüşdü. Zərifəni də şeytan Qulamın qardaşı almışdı. Lakin Zərifə onun etdiyi zülmlərə dözməyərək özünü öldürmüşdü.
– Rüstəm əmi, atam səni çağırır:-deyən qonşu oğlunun səsi onu xəyallardan ayırdı.
-Neynir a bala atan məni?
-Halı yaxşı deyil.Səni arzulayır.
-Yaxşı gəlirəm.-dedi.
Əli Rüstəmdən yaşda çox kiçik idi.On beş ilə yaxın idi ki bir dərdə düşmüşdü.Dərdinə çarə tapılmırdı.İndi vəziyyəti yaxşı deyildi.Rüstəm siqaretini atıb qonşuya keçdi. Otaqda beş altı-adam vardı.Əli çarpayıda uzanmışdı.Rüstəm onun çarpsayısının yanında oturdu. Vəziyyətini soruşdu.
-Heç yaxşı deyiləm Rüstəm, gedirəm. Səni halallaşmağa çağırdım.Mənim dərdimə çarə tapılmadı. Rüstəm, şeytan Qulamla davan yadındamı?
-Heç yaddan çıxarmı o hadisə?.
-O elə ölməli köpəkoğlu idi.Kəndin kişilərini tutdurub,arvadlarınıda əxlaqsızlığa sövq edirdi.Mənim atamın da üzünə dirənib nahaqdan tutdurdu.Yazığın nə ölüsündən, nə də dirisindən xəbərimiz olmadı.Ona öldürəcəyini demişdin.
– Demişdim, amma mən onu öldürməmişdim.Məni nahaqdan tutdular. Heç kimi inandıra bilmədim.
-Bilirəm. Bu sirr məni öldürür.İllər boyu ürəyimdə gəzdirdim .Ömrümü yedi. Cəsarətim çatmadı ki, bu sirri bir kimsəyə açım.Onu mən öldürmüşdüm.Sənin həyatını korlayan mənəm.Məni hahal edirsənmi?-deyib , sual dolu nəzərlərlə Rüstəmə baxaraq canını tapşırdı.Hamı Rüstəmə baxırdı.Rüstəm nə edəcəyini bilmirdi.O əli ilə Əlinin gözlərini yumub bayıra çıxdı.
araz.az xəbər portalı.