Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Baş Prokurorluqla birgə Məlumat yayıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, Bakı şəhəri 4 mikrorayon ərazisində sahibkar tərəfindən qanunsuz olaraq ərazi zəbt edilib və həmin ərazidə 16 mərtəbəli binanın tikintisinə başlanılıb.
Ünvan Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi 68 a-dır. Məhəllə sakinlərinin verdiyi məlumata görə, söküntü işlərində elə də uzaq olmayan keçmişdə başlanılıb.
“Fidan” MTK tərəfindən təqdim olunan ərazi planlaşdırılması sənədlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edildiyini nəzərə alınaraq və ölkə prezidentinin 24 noyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nı rəhbər tutaraq, Komitə tərəfindən sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərilib. Eyni zamanda, hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.İlkin araşdırmalarla müəyyən edilib ki, “Fidan” MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu qanunvericiliyin tələblərini pozub. Əli Şükürova qarşı Cinayət Məcəlləsinin 188.2 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasınında qanunsuz tikililərlə bağlı sərt xəbərdarlıq etmişdi.
araz.az xəbər portalı.