37511278_10211211058463959_937678651632123904_n.jpg

İki gündür ki, ATƏT-in Cənubi Qafqaz ölkələri üzrə jurnalistlərin media konfransı keçirilir. Bu, sayca 15-ci tədbirdir. Əsas mövzu yeni texnologiyalar dövründə medianın iqtisadi qurumu, jurnalist peşəkarlığının artırılması, jurnalistikanın tənzimlənməsi və digər vacib məsələlər müzakirə olunub. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge)məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Tiflisdə təşkil olunan 15-ci “Cənubi Qafqaz Media konfransı”nda iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri, Mill Məclisin deputatı, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, Azərbaycan mediyası kifayət qədər inkişaf etmiş peşəkar mediadır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Azərbaycan mediasını regionun ən aparıcı mediası hesab etdiyini bildirib: “Ölkədə baş verən olaylar, operativ və obyektiv olaraq işıqlandırılır, ölkə və dünya ictimaiyyətinə çatdırılır, eyni zamanda dünyada baş verən hadisələr məhz media vasitəsilə Azərbaycan ictiaiyyətinə çatdırılır. Belə bir durumda Azərbaycan mediasının regionda yeri kifayət qədər müsbət qiymətləndirilir. İstər iqtisadi, istərsə də jurnalistlərin peşəkarlığı baxımından Azərbaycan mediası digər ölkələrin mediasından bu və digər formada seçilir-deyə Ə. Amaşov qeyd edib.

Ə. Amaşov Gürcüstan paytaxtında təşkil olunan ənənəvi media konfransında vacib və aktual məsələlərin müzakirə olunduğunu deyib: “İki günlük konfransda Azərbaycanın da təkliflərinin yer aldığı tövsiyyələr qəbul olundu. Bu dəfə keçirilən konfrans da mediamızın inkişafı üçün kifayət qədər önəmli olacaq. Biz keçdiyimiz yola bir daha nəzər saldıq və naliyyətlərimizi gördük, həmçinin nələri etməliyik, necə etməliyik ki, Azərbaycan mediası daha da güclü olsun? Mən əminəm ki, konfransdan sonra, edəcəyimiz müzakirələrə əsasən istəklərimiz bu istiqamətə yönələcək”.

araz.az xəbər portalı.