660_71227_105972eba695b9a_1500703654.jpg

Hormətli mətbuat işçiləri!

Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri təbrik edirəm. Bu şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə uğurlar arzulayıram. Mətbuatının əsasını qoymuş “Əkinçi” qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır.

Hormətli mətbuat işçiləri!

Azərbaycan Liberal Demokrat Partiyasının üzvləri olaraq sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndiririk.

Hormətli mətbuat işçiləri!

Sizi bir daha Milli Mətbuat günü münasibətilə təbrik edir, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram.

Böyük Hörmətlə,

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri

araz.az xəbər portalı.