Baku Electronics öz rəsmi facebook və İnstagram səhifəsində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli Məcnun” əsəri üzərində məşhur telefon modeli üçün reklam rolik hazırlayıb. Reklam rolikində Məcnunu canlandıran aktyor Leyliyə gah “Leyla” gah da “Leyli” kimi müraciət edir.
“Məcnun” daha sonra bildirir ki, “Leyli”yə ….. bu markalı telefonun gözüylə bax.
Onu da qeyd edək ki,reklam rolikində əsərin sözləri də təhrif olunub.
Bu reklam rolikinə münasibət öyrənmək üçün 143 qısa nömrəsinə müraciət etdik.Zəngimizə cavab olaraq bildirdilər ki,bununla bağlı 21 iyulda cavab verə bilərik.
22 iyul Milli Mətbuat günü ərəfəsində Baku Electronics kimi bir şirkətin sözə,ədəbiyyata bu cür qiymət verməsi Analoq.az olaraq bizi ciddi narahat etdi.Böyük Azərbaycan şairi. Məhəmməd Füzuli “Ənisül-qəlb” də qeyd edir ki,
Nədir illət ki, heç kəs öz dilinin qədrini bilməz,
Təbiidir ki, ləlin qədrini bilməz onun kani
Haqqında danışdığımız reklam rolikiylə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Savalan Talıblı
Analoq.az
araz.az xəbər portalı.