Qərbi Azərbaycan İcmasında Göyçə mahalının Basarkeçər rayonunun kənd icma sədrləri və nümayəndələri ilə görüş keçirilib.

Bu barədə araz.az-a İcmadan məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə Türkiyədə dəhşətli zəlzələdən həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək icmanın fəaliyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tədbirdə Basarkeçər rayonunun Hüseynquluağalı kəndindən Şirazi İbrahimov, Canəhməd kəndindən Anatoli Orucov, Babacan kəndindən Hacı Loğman, Sətənəxaç kəndindən Lütviyar Nəsibov, Zərzibil kəndindən Zülfüqar Əhmədov, Qoşabulaq kəndindən Alay Quluyev, Böyük Qaraqoyunlu kəndindən Tahir Kərimov, Ağkilsə kəndindən “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər və başqaları çıxış ediblər.

Sətənəxaç kənd icmasının sədri Lütviyar Nəsibov müəllifi olduğu “Göyçə mahalı II Dünya savaşında” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Abduləli Həsənov, şöbə müdirləri Qalib Qasımov, Miraslan Bəkirli, İcmanın Göyçə mahalı üzrə koordinatoru İman Məmmədov iştirak ediblər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.