Vətəndaş Həmrəyliyi Partiyasından araz.az-a daxil olan məlumata görə, partiyanın Naxçıvan Muxtar Təşkilatının sədri Abdulla Abdullayev dünən Türkiyənin Muxtar Respublikadakı Baş konsuluğunda olaraq, konsul Asip Kaya ilə görüşüb.

Abdulla bəy Türkiyənin bir çox bölgəsində baş verən zəlzələ nəticəsində çox sayda insan tələfatı ilə bağlı konsula başsağlığını bildirib. Baş vermiş faciənin hər bir Azərbaycan vətəndaşını dərindən kədərləndirdiyini qeyd edən A.Abdullayev Türkiyənin acısının, həm də bizim acımız olduğunu, Azərbaycanı dövlət və xalq olaraq hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.

VHP Naxçıvan Muxtar Təşkilatı adından rəsmi başsağlığı məktubu konsula təqdim edilib.

araz.az xəbər portalı

araz.az xəbər portalı.