Bu ilin yanvar ayının sonunda Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında kütləvi dava baş verib.
araz.az Azsiyaset.com-a istinadən xəbər verir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin başı qanunsuz işlərə qarışdığına görə, məhkumlar arasında kütləvi davaya səbəb olan halları əvvəlcədən müşahidə edə bilməyiblər.
Cəzaçəkmə müəssisəsində baş verən kütləvi dava o qədər şiddətli olub ki, müəssisənin rəhbərliyi prosesə nəzarət imkanlarını tamamilə itirib və Penitensiar Xidmətin rəhbər heyəti müəssisəyə gələrək gecə saatlarına qədər qarşıdurmanın aradan qaldırılmasına köməklik göstərməli olub.
Qeyd edək ki, 1 saylı cəzaçəkmə müəssisəsində baş verən neqativ proseslər və qanunsuzluqlarla bağlı Azsiyaset.com-un redaksiyası dəfələrlə özəl məlumatlar əldə edərək onları dərc edib.
Məsələn, 2022-ci il avqust ayının 18-də 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənovun azərbaycanlı kriminal avtoritetlərin ölüm günü ilə bağlı yas mərasimi təşkil etməsi ilə bağlı saytımızda dərc edilən məlumat geniş müzakirələrə yol açmışdı.
Azərbaycan cəzaçəkmə müəssisələrində cərəyan edən ağlasığmaz qanunsuzluqlarla bağlı saytımızda sağlam tənqidlər səsləndirsək də, Penitensiar Xidmətin rəhbərliyi bu günə qədər də bizim jurnalist fəaliyyətimizi düzgün qiymətləndirməyib və bu tənqidlərdən nəticə çıxararaq neqativləri aradan qaldırmayıb. Əksinə onlar bizi susdurmağa və müxtəlif primitiv üsullarla saytımızda dərc edilən məqalələrin silinməsinə nail olmağa çalışıblar.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.