“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən araz.az-a daxil olan məlumata görə, bu QSC-nin törəmə şirkəti olan “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən Gəncə şəhərində, ölkəmizdə ilk dəfə olaraq, sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanılıb.
Məlumatda bildirilir ki, ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilməkdədir. İllik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcəkdir. İlkin mərhələdə ölkə üzrə cari təlabata uyğun olaraq aylıq 500 ton, illik 6 000 ton partlayıcı maddənin istehsalı planlaşdırılır. Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib.
Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müsəsisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.
Məlumatın sonunda o da qeyd edilir ki, “AzerBlast” MMC dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilərək, 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC “AzerGold” QSC-nin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Şirkətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi “DM Servis” MMC-yə məxsusdur.
***
В Азербайджане началось строительство первого завода по производству взрывчатых веществ промшленного значения
Дочерняя компания Закрытого Акционерного Общества (ЗАО) «AzerGold» Общество с ограниченной ответственностью (ООО) «AzerBlast» начало в Гяндже строительство первого в Азербайджане завода по производству взрывчатых веществ промышленного значения.
Производственное предприятие общей площадью 5 665 квадратных метров в соответствии с государственной политикой социально-экономического развития регионов строится в Кяпазском районе на площади 15 гектаров. Строительство завода, годовая производственная мощность которого оценивается в 31 000 тонн, планируется завершить до конца текущего года, после чего ввести его в эксплуатацию. На предприятии, на котором будут внедрены современные технологии производства, будет осуществляться производство взрывчатых веществ типов H-ANFO и ANFO, применяемых, в частности, в горнодобывающей и строительной отраслях. На начальном этапе планируется производить 500 тонн взрывчатых веществ в месяц и 6 000 тонн в год в соответствии с текущим спросом по всей стране. В последующие годы также планируется увеличить объемы производства в соответствии с растущим спросом, а на следующем этапе реализовать продукцию на зарубежных рынках, внеся тем самым свой вклад в ненефтяной экспорт нашей страны.
Главная цель проекта – удовлетворение спроса на гражданские взрывчатые вещества, используемые в процессе добычи полезных ископаемых и других отраслях промышленности, устранение зависимости от импорта путем обеспечения бесперебойной цепочки поставок для горнодобывающих, а также строительных предприятий, а также создание новых рабочих мест в регионе.
Отметим, что ООО «AzerBlast» было создано на основе модели государственно-частного партнерства и зарегистрировано 9 марта 2021 года. ООО, специализирующееся на производстве взрывчатых веществ промышленного значения, является дочерней компанией ЗАО «AzerGold». 51% от общей доли компании принадлежит ЗАО «AzerGold», 49% – ООО «DM Servis».
***
Construction of first industrial explosives manufacturing plantl aunched in Azerbaijan
“AzerBlast” Limited Liability Company (LLC), “AzerGold” CJSC’s subsidiary company, launched the construction of manufacturing plant which will produce explosives for industrial use.
In line with state policy on the socio-economic development of the regions, the facility covering 5,665 square meters in total is being built in Kepaz district, on 15 hectares area. The construction of the manufacturing plant, the annual production capacity of which is estimated at 31,000 tons, is planned to be completed and brought into service by the end of this year. The facility, which will be installed and equipped in compliance to modern process technologies, will produce the explosives for the mining and construction industry. On initial stage, the plant will produce 500 tons per month and 6,000 tons per year according to the current demand in the country. However, it aims to increase the production volume eventually in line with the growing demand, and thereupon to contribute to the non-oil exports of our country by making export supplies to the foreign markets.
The project targets to meet the demand for civil explosives in the mining and other industries, with the view to eliminate import dependency by ensuring an interrupted supply chain at mining and construction enterprises, and to increase employment opportunities in the region.
Notably, “AzerBlast” LLC, “AzerGold” CJSC’s subsidiary, specialized in the production of explosives for industrial use, was established based on public-private partnership model, and registered on March 9, 2021. 51% of the total shares of the subsidiary belong to “AzerGold” CJSC, while 49% to “DM Service” LLC.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.