Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları – tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva barəsində cinayət işi başlanıb.

araz.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onlar işğaldan azad olunmuş Azərbaycan ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə, İnstitutun kadrlar şöbəsinin keçmiş müdiri Gülüstan İsayeva da bu işdə həyat yoldaşına kömək edib. Onlar ümumilikdə 92 min manat pulu mənimsəməkdə təqsirli bilinir.

S.Hüseynov və G.İsayeva barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbəri ilk olaraq APA yayıb.

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.