araz.az teref.az-a istinadən xəbər verir ki, bugün Dudayev Cöhər Musa oğlu çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi, Çeçenistanın ilk prezidenti, Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalının doğum günüdür.
Cövhər Dudayev azərbaaycanlılar haqqında: “Azərbaycanın mentaliteti, millətinin cəsarəti, əlverişli coğrafi şəraiti, çeçenlərdə olsaydı, mən dünyaya hökm edərdimMən əslən Qarabulaq türküyəm ”
Cövhər Dudayev öldürülməmişdən əvvəl Türkiyə baş naziri Nəcməddin Ərbakanla görüşmüşdü. Baş nazir Dudayevə “Nec immersat-m” telefonu hədiyyə etmişdi. Elə bu telefon da onun sonu oldu. İddialara görə həmin telefon vasitəsiylə Cövhər Dudayevin yeri öyrənilirdi. Baş nazir Nəcməddin Ərbakanın bütün planlardan xəbərsiz olduğu deyilirdi. Dudayevə hədiyyə edilmiş bu telefon vasitəsiylə onun yeri CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən öyənildi və məlumatlar KGB-yə ötürüldü. Lakin məlumatın tam əldə edilməsi üçün telefonun uzun müddət siqnal göndərməsi lazım idi. Bunun üçün tək bir şey lazım idi. Dudayevin telefonu bir müddət məşğul olmalı idi. Bu vəzifəni də yüksək rütbəli biri həyata keçirdi. Dudayevlə baş tutan telefon danışığı uzun çəkdi. C.Dudayevin yeri tam öyənildi. Əldə edilmiş kordinata raket atəşi gerçəkləşdirildi. 21 aprel 1996-cı ildə əsgərlərlə görüşdən qayıdan Cövhər Dudayev öldürüldü….
Cövhər Dudayev 15 fevral 1944-cü ildə Cecen- İnquş ASSR-nin Qalançoj rayonunun Pervomaysk kəndində anadan olub.
Yaşasa idi 79 yaşı olardı
Tanrı onun ruhunu şad etsin!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.