fazil77 1

“Hansısa dövlət qurumunda məmur, nazir və ya vəzifəli şəxsin müəyyən etdiyi strateji hədəflər sabah yeni gələn nazir tərəfindən dəyişdirilir”.

araz.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

“Gündə bizim yanımıza onlarla insan iş istəməyə gəlir. DOST mərkəzi yaradılıb, o cümlədən də başqa qurumlar var. Biz onları işlə təmin edə bilmirik. Ya maaş, ya da təkliflər yetərli olmadığına görə, onların cavabını verə bilmirik. Yaxşı olardı ki, sərbəst vəsaitlərin həmin qurumların vasitəsilə xərclənməsi məsələsinin düzgün mexanimzi tapılsın. “Sosial sığorta haqqında” qanunda nəzərdə tutulan sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi o halda mümkün ola bilərdi ki, həmin gəlirlər həddindən böyük olsun. İnanmıram ki, bu qədər böyük fərq var”, – deyə deputat vurğulayıb.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.