Fevralın 6-da Hatayda baş verən zəlzələdə çökən binanın altında qalan “Hatayspor”lu futbolçu Kristian Atsu ilə bağlı kədərli xəbər gəlib.
araz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün onun meyiti dağıntılar altından çıxarılıb.
Bu barədə onun türkiyəli meneceri Murat Uzunmehmet sosial şəbəkə hesabında yazıb: “Kristian Atsu tapıldı. Təəssüf ki, həyatını itirdi”.
Qeyd edək ki, xilasedicilər bir neçə gün əvvəl onun qaldığı otağa yetişə biləsə də, Atsunu orada tapa bilməmişdilər. Güman edilirdi ki, o, çökən binanın boşluqları altında hərəkət edərək xilas olmaq üçün yol axtarıb. Bu səbəbdən onu dağıntının başqa istiqamətlərində axtarırdılar.
Bu barədə zəlzələnin 9-cu günü Atsunun digər meneceri də açıqlama vermişdi.
“Sky Sports”a danışan qanalı futbolçunun meneceri Nana Seçere demişdi ki, 9 gün davam edən xilasetmə əməliyyatından sonra Atsunun qaldığı otağa yetişiblər: “Onun otağına çatan xilasedicilər ayaqqabısına kimi tapıblar. Ancaq Atsu yoxdur. 9 gün keçib, hələ də Atsunu tapa bilmədik. Bu dəqiqə Hatayda zəlzələ bölgəsində Atsunun ailəsi ilə birlikdəyəm. Burada mənzərə inanılmazdır, insanlar dəhşət içindədir”.
Menecerin sözlərinə görə, daha çox texnika və xilasediciyə ehtiyac var: “Biz burada yardım gözləyirik”.
Ayın 8-də isə isə BBC-yə açıqlama verən futbolçunun xanımı Mariya Klara Rupio deyub ki, hissiyyatı ərinin sağ olduğunu deyir: “Onun hələ də həyatda olduğuna inanıram. Onun üçün dua edirəm”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.