araz.az  xəbər verir ki, Şərurrayonunun Kərimbəyli kəndində yaşayan Hüseynov Məzahir Qurban oğlunun Azinforum.az İnformasiya Portalına etdiyi müraciətdən belə qənaətə gəlmək olur ki, Ali Məclisin sədri Vasif Talıbovun zamanında qoyduğu bir sıra əsas qadağalar bu rayonda hələ də qüvvədə qalmaqdadır. Məlum olduğu kimi, Vasif Talıbov Naxçıvan MR-in bütün kəndlərində çayxanaların fəaliyyətini qadağan etmişdi. Kərimbəyli kəndindən olan Hüseynov qardaşları Rusiyadakı Azərbaycan diasporunun tanınmış nümayəndələrinfən sayılırlar.

Onlar Rusiyadan qazandıqları pulların hesabına doğma kəndlərində bir sıra xeyriyyəçilik addımları atıblar. Kəndin məscidini şəxsi vəsaitləri hesabına inşa ediblər. Elə həmin zamanda kəndə bir sıra ictimai iaşə obyektləri də tikib istifadəyə veriblər. Onlardan biri də əsasən kəndin yaşlı insanlarının yığıncaq yeri sayılan çayxana olub. Naxçıvanda başladılan qadağalar həmin çayxanadan də yan keçməyib və 2007-ci ildə onun fəaliyyətini dayandırıblar.

Şikayətçinin sözlərinə görə, hazırda Naxçıvanın bir çox kəndlərində çayxanaların fəaliyyətinə icazə verilsə də, Kərimbəyli kəndinə bu xoşbəxtliyi görmək nəsib olmayıb. Çayxananın sahibi Məzahir Hüseynov bununla bağlı öz şikayətinin rayon rəhbərliyinin nəzərinə çatdırsa da, heç bir tədbir görülməyib. Azinforum.az olaraq Məzahir Hüseynovun bizə göndərdiyi videomeraciəti təqdim edirik:

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.