1532332559_848.jpg

İcra başçısı hər bir obyektdən zorla pul yığmaq eşqinə düşüb

Cənab Prezident bir neçə gün bundan öncə geniş hökumət müşavirəsi keçirərək, 2018-ci ilin birinci yarısının yekunlarını təhlil və müzakirə etdi. Həmin müzakirələrdə cənab prezident bütün sahələrə, o cümlədən sahibkarlardan rüşvət tələbetməyə və ümumiyyətlə, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha kəskin şəkildə təşkil edilməsini vəzifə kimi, irəli sürmüş və icra başçılarını xüsusi olaraq, xəbərdar etmişdir. Lakin bu cür ciddi xəbərdarlığa baxmayaraq, prezident tərəfindən kəskin tənqid olunan rüşvətxorluğa son qoyulması məsələsi bəzi icra hakimiyyət başçılarına, məsələn, Yasamalın yeni təyin olunmuş icra başçısı Əziz Əzizovun diqqətinə hələ də çatmayıb deyə, xalq da onun bu cür yanlış rüşvətyığma hərəkətinin şiddətindən ciddi narazılığını ifadə edir.

Ökədə Gəncədə baş vermiş terror hadisələrinin gərgin müzakirəsinin keçirildiyi hazırkı qızğın məqamda Bakının Yasamal rayonunda xırda və orta bizneslə məşğul olan sahibkarların icra başçısının pulyığma kampaniyasına qarşl ciddi narazılığı baş verib. Obyekt sahiblərinin verdikləri məlumata əsasən, bu narazılığın əsas səbəbkarı Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun obyektlərdən aylıq haqq yığmasıdır.

İcra başçısının rayon ərazisində yerləşən bütün obyektlərdən aylıq hesab tələb etməsi insanların ciddi narazılığına və kəskin etirazına səbəb olub.

Maraqlıdır ki, Əziz Əzizov bundan əvvəl icra başçısı vəzifəsində işlədiyi Cəlilabad rayonunda da ona qarşı ciddi rüşvət və korrupsiya ittihamları irəli sürülürdü və ölkə mediası bu barədə geniş yazılar dərc etmişdi.

Hər kəs Əziz Əzizovun tutduğu vəzifədən azad olunacağını gözləsə də, onun ünvanına söylənən bu cür ağır ittihamlara baxmayaraq, Əziz Əzizov nəinki tutduğu vəzifədən cəzasız olaraq ayrıldı, heç kimin təsəvvür etmədiyi halda, hətta gözlənilmədən o, Cəlilabadla müqaisədə daha perspektivli görünən Bakının Yasamal rayonuna icra başçısı təyin olundu. Onun bu vəzifəyə təyin olunması cəmiyyətdə birmənalı qarşılanmamışdı. Çünki bu post uğrunda klanlararası mübarizənin uzun müddət davam etməsi və sonda Əziz Əzizovun Cəlilabaddan bu vəzifəyə gətirilməsini, heç şübhəsiz, onun Qaçqınkomun sabiq şefi, hazırda baş nazirin müavini postunu tutan Əli Həsənovun yerlisi və yaxın qohumu olması ilə bağlayanlar səhv etmirlər.

Bütün hallarda, Əziz Əzizovun Bakının mərkəzində heç nədən çəkinmədən, açıq rüşvətxorluqla məşğul olması, hər bir obyektdən aylıq haqq tələb etməsi olduqca qəbuledilməz və ciddi səhvdir!

Sahibkarlar ölkə prezidentinə müraciət edərək, İcra başçısının tutduğu səhv yoldan çəkindirilməsinə və rayon sahibkarlarının sərbəst şəkildə öz işləri ilə məşğul olmalarına şərait yaradılmasını xahiş edirlər.

Sahibkarların etirazı ilə bağlı Yasamal rayon icra hakimiyyəti başçısı və onun rəhbəlik etdiyi aparatdan rəy öyrənməyə cəhd etsək də, telefonumuza cavab verən olmadı.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Murtuza

 

araz.az xəbər portalı.