Araz.az-ın məlumatında deyilir ki, bəşəriyyət ilk dəfə 80 il əvvəl radio və televiziya siqnallarını yerin atmosfer qatını tərk edib ulduzlararsı məkanın dərinliyinə irəliyə biləcək gücdə yaymağa başlayıb. Uzaq ulduz sistemində yaşayan bu siqnalları diqqətlə izləsək, o, nəinki onları tuta biləcək, eyni zamanda dərhal həmin siqnalları göndərən tərəfi ağıllı növ kimi identifikasiya edəcək. 1960-cı ildə ilk dəfə Frenk Dreyk (Frank Drake) böyük radio “boşqablardan” istifadə etməklə ulduz sistemlərindən çıxan bu cür siqnalları axtarmağı təklif edib. Bu da SETI təşəbbüsünə – yadplanetli varlığın axtarışına gətirib çıxarıb. Lakin son 50 il ərzində radio və telesiqnallardan daha effektiv əlaqə vasitəsi işləyib hazırlamışıq. Bu, elektromaqnit spektrdə yadplanetli axtarışının daha əhəmiyyət kəsb etməməsi anlamına gəlir?
Əlbəttə, bu məsələ çox spekulyativ məsələdir, amma bizə texniki tərəqqimizə nəzər yetirmək və Kainatın başqa yerlərində onun necə baş verdiyini müşahidə etmək imkanı verir. Nəhayət, ünsiyyətin baraban siqnalı və tonqallarla qurulduğu cəmiyyətdən kimsə meşənin dərinliyinə düşsə, onda belə bir qənaətə gələ bilər ki, ətrafda şüurlu həyat mövcud deyil. Ancaq ona telefon versəniz, o, qohumları ilə əlaqə saxlaya biləcək. Nəticələrimiz də tətbiq etdiyimiz metodlarımız kimi qərəzli ola bilər.
Elektrik mexanizmi yalnız XVIII əsrin sonu Ben Franklinin (Benjamin Franklinin) işləri sayəsində başa düşülüb. Elektrik gücü yalnız XIX əsrdə naqilləri və başqa qurğuları qidalandırmağa başlayıb, klassik elektromaqnitizm isə bu əsrin yalnız ikinci yarısında dərk edilməyə başlanıb. İlk elektromaqnit siqnalının ötürülməsi 1895-ci ildə baş tutub, radioyayım isə bizi 1930-cu ildə ulduzlararası məkana çıxarıb.
İşıq sürəti də məhduddur: bizim göndərdiyimiz radiosiqnallar ulduzlararası məkandan cəmi 80 ilə keçirsə, bu, o deməkdir ki, yalnız 80 işıq ili radiusunda olan sivilizasiyalar bu siqnalları tuta bilər və yalnız 40 işıq ili radiusunda olan sivilizasiyalar siqnalları tutub geriyə cavab göndərə bilər. Əgər Fermi paradoksu “hər kəs hardadır” sualı qoyursa, cavab “bizdən 40 işiq ili radiusundan kənar” olacaq. Bəs bu Kainatdakı sivilizasiya barədə nə deyə bilər? Heç nə.
Hərçənd qalaktikamızda yüz milyardlarla ulduz və müşahidə edilən Kainatda təqribən iki trilyon qalaktika mövcuddur, Yerdən 40 işıq ili məsafəsində ulduzların sayı mindən azdır.
Bundan başqa, Yerdən ulduzlararsı mühitə göndərilən elektromaqnit siqnallar artmır, azalır. Tele və radio siqnallar teleradio qüllələrindən daha çox kabel və ya peyk vasitəsilə ötürülür. Daha bir əsr keçəsək və çox güman, bütün XX əsr boyu göndərdiyimiz siqnallar ümumiyyətlə Yerdən çıxmayacaq. Ola bilsin, yadplanetli sivilizasiya belə bir nəticə çıxaracaq ki, həyatın olduğu bu mavi, sulu planet müəyyən inkişaf mərhələsinə çatdıqdan sonra məhv olub və daha siqnal göndərmir.
Başqa sözlə, elektromaqnit siqnalın müəyyən formasına görə nəyin olub, nəyin olmaması ilə bağlı nəticə çıxarmaq tamamilə səhv strategiyadır.
Əgər yaxın məsafədən Yerə baxsaq, onda, şübhəsiz, belə qərara gələrdik ki, bura məskunlaşmağa yararlıdır: gecə vaxtı şəhər işıqları sözsüz aktivliyin əlamətidir. Lakin belə bir işıq çirklənməsi nisbətən yeni hadisədir. Biz daim öyrənirik və ondan yaxa qurtarmaq üçün pul, əmək və vaxt sərf edirik. Güman etməyə heç bir əsas yoxdur ki, XXI əsrin sonu XXII əsrdə Yer milyard il əvvəl olduğu kimi bəzi yerləri parıltı, ildırım və vulkanlarla işıqlandırılan qara bir yer deyil, indiki kimi görünəcək.
Bəs elektromaqnit siqnalları deyil, başqa şey axtarılsa necə? Kainatda olan hər şey işıq sürəti ilə məhdudlaşıb, başqa bir planetdə yaradılan istənilən siqnal isə onu sezməyimiz üçün özünü bir şəkildə göstərməlidir. Bu siqnallar 4 kateqoriyaya bölünür:
- Sivilizasiyasının mövcudluğunu göstərən istənilən dalğa uzunluğunda istənilən formalı işığı nəzərdə tutan elektromaqnit siqnalları;
- Sivilizasiyaya aid olduğu halda, kifayət qədər həssas avadanlıqla Kainatın istənilən yerində tutula bilən qravitasiya dalğa siqnalları;
- Böyük məsafələrdə çox seyrək olsa da, müəyyən şərt daxilində səhvsiz əlamət ola bilən neytrin siqnallar;
- Nəhayət, Yerə yaxınlaşan robotlaşdırılmış, kompyuterləşdirilmiş, avtonom və ya məskunlaşmış makroskopik kosmik zondlar.
Qəribədir ki, bizim fantastik təxəyyülümüz demək olar sırf dördüncü variantda cəmlənib, halbuki bu variant ən az ehtimal olunandır.
Ulduzlararası məsafənin böyüklüyü, ulduzların malik olduğu, həyatın mümkün olduğu potensial planetlərin sayı və bir planetdən digərinə fiziki kosmik zond göndərmək üçün lazım olan resurslar barədə düşünəndə başqa bir ulduzda belə bir əlaqə metodu tamamilə ağlasığmaz görünür. Göyün müxtəlif regionlarını araşdıran detektor düzəltmək və sivilizasiyanın mövcudluğunu əminliklə göstərəcək siqnallar tapmaq daha asan olardı.
Elektromaqnit spektri baxımından, canlı aləmin fəsillərə reaksiyasını bilirik. Planetimiz qışda və yayda müxtəlif cür “işıq saçır”. Fəsillər dəyişdikcə planetimizin müxtəlif yerlərində rənglər də dəyişir. Kifayət qədər böyük teleskop olsa, sivilizasiyamızın ayrı-ayrı əlamətlərini – şəhərləri, peykləri, təyyarələri və başqa şeyləri görmək olardı. Lakin ola bilsin, tapa biləcəyimiz ən yaxşı şey yalnız sivilizasiyanın yarada biləcəyinə uyğun gələn təbii mühitin dəyişməsi olardı.
Hələlik belə bir şey etməmişik, amma ola bilsin, bu, axtarmalı olduğumuz planetin böyük miqyaslı modifikasiyasıdır. Unutmayın ki, tapacağımız sivilizasiya bizim kimi texnoloji körpə olmayacaq. Əgər bu sivilizasiya sağ qalıb, bütün fəlakətlərin öhdəsindən gəlibsə, onda bizdən on və ya yüz min il böyük və daha inkişaf etmiş olacaq. Sadəcə 200 il əvvəl necə olduğumuzu yadınıza salın.
Ola bilsin, qravitasiya dalğaları texnologiyası Kainatın ilk siqnallarını tutacaq qədər inkişaf etsə, kosmosdakı fəaliyyətin daha incə təzahürlərini açmağa başlayacağıq. Çox güman, unikal qravitasiya dalğa izinə görə orbitdəki on minlərlə peyk vasitəsilə planeti təyin edə biləcəyik. Hazırda bu sahə çox gənc sahədir, ona görə uzun yol qət etməlidir. Lakin bu siqnallar elektromaqnit siqnalları kimi yox olmurlar və onları gizlətmək mümkün deyil. Ola bilsin, bir əsrdən sonra kosmosun tədqiqində bu, bizim əsas alətimiz olacaq.
Başqa bir variant da var. Kifayət qədər inkişaf etmiş sivilizasiya hansı enerji mənbəyindən istifadə edəcək? Bəlkə, nüvə mənbəyindən. Çox güman bu, sintez enerjisi, onun xüsusi növü olacaq olacaq. Bu növ enerji ulduzların nüvələrindən axmağı, həmçinin yan məhsul kimi çox spesifik neytrin siqnatura buraxmağı ilə fərqlənir. Və bu neytrinolar açıq-aşkar enerjinin təbii deyil, texnogen prosesdə doğulduğunu göstərəcək.
Bu siqnatura barədə proqnoz verə bilsək, onu başa düşüb, onu ölçmək üçün detektor inşa edə bilsək, onda istənilən yerdə nüvə sintezi üzərində işləyən sivilizasiya tapa biləcəyik və onun radiosiqnal ötürüb-ötürməməsindən dolayı narahat olmaq lazım gəlməyəcək. O, enerji istehsal etdiyi müddətcə onu tapa biləcəyik. xpressa.net
araz.az xəbər portalı.