1532417927_118241.jpg

“İndi də bu fikirimdə qalıram və düşünürəm ki, bunlar haqda nəsə bir qanun qəbul etmək lazımdır”

Dünən Ağdam rayonun düşmən işğalında olmasının iyirmi beş ilini acı da olsa, xatırladıq. İşğal günündə yenə bir neçə televiziya kanalları bir daha sübut etdi ki, onları bu ölkənin işğal olunan 10 rayonu maraqlandırmır. Onları maraqlandıran çal-çağırdır.

Yazıçı Seyran Səxavət Moderator.az -a açıqlamasında bildirdi ki, belə televiziya kanalları xalqın mənəvi dəyərləri ilə bağlı nəsə etməkdə maraqlı deyillər:

“Bunların hamısı bir-biri ilə bağlı olan şeylərdir. Mənim televiziya kanalları haqqında belə bir fikrim var ki, Azərbaycanda televiziyalar qədər bu xalqın əleyhinə işləyən ikinci bir ünsür tanımıram. İndi də bu fikirimdə qalıram və düşünürəm ki, bunlar haqda nəsə bir qanun qəbul etmək lazımdır. İnsanın barmağı ağrıyanda bədənin bütün orqanizmləri onu hiss edir. Bu televiziyalar isə ayrı orqanizmdirlər. Bunlar acaq reklama, reytinqə işləyərək xalqın zövqün korlayırlar. Buna görə də xalqın ağrısına-acısına şərik deyillər. Bunlar ancaq Azərbaycanda pula, mala və dövlətə şərikdirlər. Başqa heç bir mənəvi əyərin qorunmasın və cilalanmasına şərik deyillər. Elə şərik olmasalar yaxşıdı, bunlar guya şərik olub neyləyəcəklər”.

araz.az xəbər portalı.