20180728100943-94077-1315.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru İsa Əkbər oğlu Həbibbəylinin rəhbərlik etdiyi Azərbaycan Respublikasının rəsmi nümayəndə heyəti 26 iyul tarixindən etibarən Rusiya Federasiyasının Udmurtiya Respublikasında səfərdədirlər.

Azərbaycan nümayəndə heyətinə həmçinin, Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Əhməd oğlu Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhim oğlu Mirzəyev və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentinin köməkçisi Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov daxildir.

Səfərin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Səfər çərçivəsində, 26 iyul tarixində azərbaycan nümayəndə heyəti Udmurtiya Dövlət Şurasının Rəyasət Heyətinin üzvləri ilə görüşüblər. Görüşün açılış mərasimində parlament sədrinin birinci müavini Vladimir Nevostruyev qeyd edib ki, Udmurtiya ilə Azərbaycanı qarşılıqlı hörmətə, əməkdaşlığa və dostluğa əsaslanan uzunmüddətli güclü tərəfdaşlıq əlaqələri birləşdirir. Udmurtiya parlamentinin vitse-spikeri 20 ildən çox müddətdə, çoxmillətli respublikada sülh və qarşılıqlı anlaşmanı qoruyub saxlamaq, başqa xalqların nümayəndələrini də bu ətrafa toplamaq, Azərbaycanın orijinal mədəniyyəti inkişaf etdirmək üçün Azərbaycan diasporasının nümayəndələri ilə Respublikanın deputat korpusu arasındakı əməkdaşlığı xüsusi qeyd edib. O, Milli Məclisinin və Udmurtiya Dövlət Şurasının arasında sıx müzakirələr və təcrübə mübadiləsi aparıması üçün bir çox ümumi mövzuların olduğunu qeyd edərək, gələcəkdə səmərəli parlamentlərarası əməkdaşlığa ümid etdiyini bildirib.

Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Udmurtiyaya səfər elmi və informasiya əməkdaşlığı sahəsində yeni perspektivlər açmaq məqsədi daşıyır. Nümayəndə heyətinin üzvləri respublika ərazisində Azərbaycan mədəniyyətinin dəstəklənməsi və inkişafı, milli məsələlərin həllinə diqqət ayırdığı üçün Dövlət Şurasının deputatlarına minnətdarlıqlarını ifadə etdilər.

Müzakirənin sonunda Parlamentin birinci vitse-spikeri qonaqlara xatirə olaraq suvenirlər təqdim etdi. Nümayəndə heyətinin üzvləri respublikanın parlament binasında, Parlamentarizm muzeyinin ətrafında ekskursiya təşkil ediblər və burada qonaq kitabına xoş arzularını qeyd ediblər.

Respublikanın qonaqları Böyük Vətən müharibəsi zamanı həlak olmuş əsgərlərin xatirəsini yad edərək Udmurtiyanın döyüş və şərəfli əmək abidəsi önünə çiçəklər qoyublar.

Udmurtiyanın döyüş və şərəfli əmək abidəsi önünə çiçəklər qoyduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası Ural şöbəsinin Federal Araşdırmalar Mərkəzi arasında Strateji Əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti İsa Əhməd oğlu Həbibbəyli və Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Udmurtiya Federal Araşdırmalar Mərkəzinin direktoru Aleksey Borisoviç Seminihin imzalayıblar.

Müqavilənin imzalanması zamanı İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan və Udmurtiya arasında münasibətlər birgə tədqiqat proqramlarının, layihələrin, elmi məlumatların, ədəbiyyat və biblioqrafik nəşrlərin mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqat qruplarının formalaşdırılması, birgə beynəlxalq konfransların, seminarlar, simpoziumlar və tərəflərin razılığı ilə qarşılıqlı fayda doğuran digər tədbirlərin təşkili üçün bərabərlik, tərəfdaşlıq və qarşılıqlı faydalılıq əsasında dostluq, etimad və qarşılıqlı hörmət ruhunda inkişaf edəcək. Müqavilənin İmzalanması mərasimində REAUrŞ-nin Federal Araşdırmalar Mərkəzinin Udmurtiya Tarix, Dil və ədəbiyyat İnstitutunun direktor müavini L.N. Bexterev, elm və təhsil nazirinin müavini İ.Q.Kroxina, respublika milli siyasət nazirinin müavini N.N. Mamayev, Kamsk humanitar və mühəndis texnologiyaları institutunun rektoru, professor V. A. Nikulin, həmçinin, ailimlər, elmi işçilər və “Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzinin nümayəndələri iştirak edib.

Qonaqlar Azərbaycan nümayəndə heyətinin nümayəndələrinə səmimi sözlər söylədilər. V.A. Nikulinin Udmurtiya yazıçısı M.P Petrov tərəfindən tərcümə edilmiş “Arşın mal alan” jurnalını nümayəndə heyətinin rəhbərinə təqdim etməsi iştirakçılara xoş təsir bağışlayıb. Sonda tərəflər bir-birlərinə xatirə suvenirləri təqdim ediblər.

Həmin gün Azərbaycan Mətbuat Şurası ilə Udmurtiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Nümayəndə heyətinin rəhbəri İsa Əkbər oğlu Həbibbəyli qeyd edib ki, Rusiya və Azərbaycan bir çox ümumi cəhətlərə malikdir və Azərbaycan yalnız bütövlükdə bizim ölkə ilə deyil, həm də onun regionları ilə əməkdaşlıqda maraqlıdır. Udmurtiya Azərbaycan kimi çoxmillətli koloriti və çoxmillətli mədəniyyəti ilə fərqlənir. Azərbaycan tərəfi Respublika ilə əməkdaşlığı ilkin olaraq elm, yaradıcılıq sahələrindən başlamağı, daha sonra digər sahələri, xüsusilə də biznes tərəfdaşlığını inkişaf etdirməyi qərara alıb.

Udmurtiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko vurğulayaraq bildirib ki, memorandum Azərbaycan Respublikasının və Udmurtiyanın mətbuat və nəşriyyatları arasında təcrübə mübadiləsi və əməkdaşlıq təşəbbüsləri, təcrübə şəklində mütəxəssislərin və jurnalistlərin mübadiləsi, birgə konfranslar, təlimlər, müsabiqələr və seminarlar keçirilməsi, jurnalistikada birgə dərslik və kitabların hazırlanması və yayımlanmasını əhatə edir.

Sonda qonaqlar və ev sahibləri bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

İki mühüm sənədin imzalanmasından sonra qonaqlar dünyaca məşhur “Buranovskiye babuşki”nin qonağı olublar. Nümayəndələr “Buranovskiye babuşki” muzeyində olublar, 200 illik tarixə malik yaylıqları, xalq çalğı alətləri kolleksiyasını, müxtəlif əşyalar və artistlərin tədbirlərdə qazandığı mükafatlara baxıblar. Azərbaycandan olan dostlar fəxri qonaqlar kitabına arzularını yazıblar. “Buranovskiye babuşki” kollektivi qonaqlar üçün mahnılar ifa ediblər. Udmurt dilində ifa olunan Müslüm Maqomayevin “Mənim Azərbaycanım” mahnısı qonaqların qəlbini fəth edib. “Buranovskiye babuşki”nin rəhbəri Olga Tuktareva qeyd edib ki, bu mahnını onlar Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq ifa ediblər.

Nümayəndə heyəti “Buranovski babuşki”nin vəsaiti hesabına inşa edilən məbədi də ziyarət edib.

Tədbir rəqs və suvenirlərin hədiyyə olunması və Udmurtiya milli mətbəxinə qonaq etməklə başa çatıb.

Azərbaycan Respublikasının nümayəndə heyəti daha bir neçə gün Udmurtiyada olacaq. Səfərin davamı olaraq bir sıra rəsmi tədbirlər planlaşdırılmışdır.

Qeyd edək ki, səfər Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mirzəyev Zülfüqar Rəhim oğlunun rəhbərlik etdiyi “Dostluq”-Udmurtiya Azərbaycan İctimai Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılıb.

 

Официальная делегация Азербайджана в Удмуртии

С 26 июля в Удмуртской Республике находится официальная делегация Азербайджанской Республики во главе с вице-президентом Национальной академии наук Азербайджана, депутатом Национального Меджлиса, директором Института литературы имени Низами, доктором филологических наук Иса Акбер оглы Габиббейли.
Как сообщает Eurasia Diary, в составе азербайджанской делегации также депутат Национального Меджлиса, Глава Совета прессы Азербайджана Афлатун Ахмед оглы Амашов, президент Международного фонда «Евразия пресс» Умуд Рагим оглы Мирзаев и помощник вице-президента Национальной академии наук Азербайджана Агагусей Мамедгусейн оглы Шукюров.

Цель визита – обсуждение вопросов взаимодействия в сферах, представляющих взаимный интерес.

В рамках визита, 26 июля гости республики встретились с членами Президиума Государственного Совета. Открывая встречу, Первый заместитель Председателя парламента Владимир Невоструев отметил, что Удмуртию и Азербайджан связывают многолетние прочные партнёрские отношения, основанные на взаимоуважении, сотрудничестве и дружбе. Вице-спикер парламента Удмуртии обратил особое внимание на сотрудничество депутатского корпуса республики с представителями азербайджанской диаспоры, которая уже более 20 лет развивает аутентичную культуру Азербайджана, приобщая к ней представителей других народов, помогая сохранять в многонациональной республике мир и согласие. Он выразил надежду на дальнейшее плодотворное межпарламентское сотрудничество, отметив, что у Национального Меджлиса и Государственного Совета Удмуртии много общих тем для обсуждения и обмена опытом работы.

По словам руководителя делегации, визит в Удмуртию призван открыть новые перспективы в сферах научного и информационного сотрудничества. Члены делегации выразили депутатам Госсовета слова благодарности за поддержку и развитие азербайджанской культуры на территории республики, за внимание к решению национальных вопросов.

В завершении обсуждения Первый вице-спикер парламента вручил гостям памятные сувениры. Члены делегации совершили экскурсию по зданию парламента республики, музей парламентаризма, где оставили добрые пожелания в книге посетителей.

Гости республики возложили цветы к Монументу боевой и трудовой славы Удмуртии, почтив память воинов, погибших в годы Великой Отечественной войны.

После возложения цветов к Монументу боевой трудовой славы Удмуртии состоялось подписание Соглашение о стратегическом партнерстве между Национальной академии наук Азербайджана и Федеральным исследовательским центром Уральского отделения Российской академии наук. Соглашение подписал вице-президент академии наук Азербайджана Иса Ахмет оглы Габиббейли и Врио директора Удмуртского федерального исследовательского центра Уральского отделения Российской академии наук Алексей Борисович Семинихин.

В ходе подписания соглашения Иса Габиббейли отметил, что отношения между Азербайджаном и Удмуртией будут развиваться в духе дружбы, доверия и взаимного уважения на основе равенства, партнёрства и взаимной выгоды для осуществления совместных научно-исследовательских программ, проектов, обмена научной информацией, литературой и библиографическими изданиями, формирования совместных авторских коллективов по созданию научных трудов, представляющих взаимный интерес, организации совместных международных конференций, семинаров, симпозиумов и иных взаимовыгодных мероприятий по согласию сторон.

В церемонии подписания Соглашения принимали участие заместитель директора Удмуртского института истории, языка и литературы Удмуртского федерального исследовательского центра УрОРАН наук Бехтерева Л.Н., заместитель министра образования и науки Крохина И.Г., заместитель министра национальной политики республики Мамаева Н.Н., ректор Камского института гуманитарных и инженерных технологий, доктор технических наук, профессор Никулин В.А., а также ученые, научные сотрудники и представители Азербайджанского общественного центра Удмуртии «Достлуг».

Гости высказали теплые слова в адрес представителей делегации Азербайджана. Всех приустающих порадовал момент вручения Никулиным В.А. руководителю делегации журнал «Аршын Мал алан», переведенным известим писателем Удмуртии М.П. Петровым. В заключение стороны обменялись памятными сувенирами.

В тот же день между Советом прессы Азербайджана и Союзом журналистов Удмуртии подписан меморандум о сотрудничестве.

Как отметил руководитель делегации Габиббейли Иса Акпер-Оглы, у России и Азербайджана много общего, и Азербайджан заинтересован к сотрудничеству не только с нашей страной в целом, но и с её регионами. Удмуртия, так же, как и Азербайджан, отличается многонациональным колоритом и многонациональной культурой. Сотрудничество с республикой азербайджанская сторона решила начать с области науки, творчества, а затем развивать и другие сферы, в частности, бизнес-партнёрство.

Председатель Союза журналистов Удмуртии Елена Капитоненко, подчеркнула, что меморандум включает такие пункты, как поощрение обмена и сотрудничества между СМИ и издательствами Азербайджанском республики и Удмуртии, содействовать обмену специалистами и журналистами в виде стажировок, проведение совместных конференций, тренингов, конкурсов и семинаров, участие в подготовке и издании совместных пособий и книг по журналистике.

В заключение гости и хозяева встречи обменялись памятными сувенирами.

После подписания исторических два важных документов гости побывали в гостях у всемирно известных «Бурановских бабушек». Делегаты побывали в музее «Бурановских бабушек», увидели платки с 200-летней историей, коллекцию музыкальных народных инструментов, различные предметы и награды, которые артистки выиграли на мероприятиях. Друзья из Азербайджана оставили свои пожелания в книге почётных гостей. Коллектив «Бурановских бабушек» исполнял для гостей душевные песни. Великолепное исполнение на удмуртском языке песни Муслима Магомаева «Мой Азербайджан» покорило сердца всех гостей. Руководитель «Бурановских бабушек» Ольга Туктарева отметила, что песню они исполнили в знак благодарности всему азербайджанскому народу.

Также делегация посетила храм, построенный на средства «Бурановских бабушек».

Мероприятие завершилось большим хороводом и обменом сувенирами и угощением национальным удмуртскими блюдами.

Делегация Азербайджанской Республики будет находиться в Удмуртии еще несколько дней. В продолжении визита сегодня запланирован ряд официальных мероприятий.

Данный визит стал возможен благодаря деятельности Региональной общественной организации «Азербайджанский общественный центр Удмуртии «Достлуг» в лице руководителя Мирзаева Зульфигара Рагим оглы.

araz.az xəbər portalı.