Son günlər insanlar daha çox “tok” vurma hissindən şikayətlənirlər. Hətta bəzi şəxslər bunun eletrik cərəyanı olduğunu düşünürlər.
Bəs bu hiss bizdə niyə yaranır? Bizi həqiqətən, elektrik vurur, yoxsa reallıq başqadır?
araz.az bildirir ki, məsələ ilə bağlı düşüncələrini tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla News24.az-a bölüşüb.
O bildirib ki, hansısa obyektə toxunduqda elektrik cərəyanının hiss edilməsi elektrostatikadır: “Hər bir canlı orqanizm, hətta cansız əşyalar belə müsbət və ya mənfi enerji ilə yüklənə bilərlər. Əks yüklə qarşılaşdıqda isə bu cür “tok” vurma hadisəsi baş verir. Bizim əynimizdə olan sintetik materiallar müxtəlif enerjilərlə yüklənir. Həmin enerji bədənə ötürülür və biz əks enerji yükü olan bir obyektə toxunduqda bizdə “tok” vurma hissi yaranır. Bəzi əşyalar neytraldır. Məsələn, pambıq, kağız və s. Onların elektrik yüklənməsi olmur. Qısası, “tok” vurma hissi keçirməyimiz materialdan asılıdır.
Son günlər bu hissin daha çox yaşanması ilə bağlı nəsə demək çətindir. Bəlkə də bu enerjini daha tez ötürən paltarlar ölkəmizdə çox yayılıb”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.