mesimli78

“Dərman qiymətlərinin sürətlə artması ailə büdcəsinə ziyan vurur. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bununla bağlı sənəd hazırlayıb. Bu sənəddə tənzimləmə işləri və s. məsələlər yer alıb”.

araz.az bildirir ki, Azərbaycanda hamı üçün önəmli olan bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Əli Məsimli deyib.

“Uzun müddətdir tanıdığım bir professor deyir ki, Türkiyədə 3 m, 2 qəpiyə aldığım dərmanı Bakıda 39.40 qəpiyə almışam. Bu, dəhşətli fərqdir. Bu istiqamətdə dinləmələrin aparılması zəruridir. Süni qiymət artımının hər faizi Azərbaycan xalqının ailə büdcəsinə 1 il ərzində 500 milyon manat ziyan vurur”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, ötən gün tarixçi-professor Ədalət Tahirzadə Türkiyədən 3 manat 20 qəpiyə aldığı “Tamprost” adlı dərmanı Bakıda 39 manat 40 qəpiyə əldə etdiyini bildirmişdi.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.