Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Ana Harayı abidəsini ziyarət ediblər.

araz.az xəbər verir ki, İcmanın rəhbər heyəti və üzvlər abidənin qarşısına güllər düzərək Ermənistan tərəfindən törədilmiş bu dəhşətli soyqırımda həyatını itirənlərin xatirələrini dərin ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.