vatsap (3).jpg

Davamlı olaraq yeniliklər üzərində çalışan “WhatsApp” yeni funksiya istifadəyə verəcək.

araz.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni özəlliklə statusa səsli mesaj yerləşdirmək olacaq.

Bu funksiya statusa 30 saniyəyə qədər səsli mesaj yazmağa və paylaşmağa imkan verəcək.

Səs statusu adlanan bu funksiya siz onu silməyincə 24 saata qədər aktiv qalacaq.

Səsli poçtunuzu statusa göndərməzdən əvvəl dinləyə və bəyənmədiyiniz təqdirdə silə bilərsiniz.

Hələ ki, sınaq mərhələsində olan bu xüsusiyyətin bütün istifadəçilər üçün istifadəyə veriləcəyi dəqiq tarix hələ ki bəlli deyil.   /azxeber.com/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.