İstanbul Taksimdə oxşar terror aktı törətməyə hazırlaşan PKK/KCK terror təşkilatının üzvü, “Xveza Lilav” kod adlı Gülda Bebek Konyada keçirilən əməliyyatla yaxalanıb. Terrorçu ilə birlikdə daha 3 nəfər nəzarətə götürülüb. İranda PKK/KCK terror təşkilatının tərkibində xüsusi təyinatlı deyilən qrup kimi fəaliyyət göstərən Gülda Bebek adlı terrorçunun 2022-ci ildə sensasion aksiya keçirmək üçün ölkəyə getdiyi öyrənilib.
FƏALİYYƏT ÜÇÜN TƏLİMAT GÖZLƏYİR
araz.az Turkustan.az-a istinadən xəbər verir ki, terrorçunun Konyanın Meram rayonundakı ünvanda gizləndiyi və təşkilatın yuxarı rəhbərliyindən hərəkət üçün göstəriş gözlədiyi müəyyən edilib. Araşdırmalar nəticəsində müəyyən edilən ünvanda əməliyyat keçirilib. Terrorçu fevralın 23-ü axşam saatlarında keçirilən əməliyyat zamanı yaxalanıb.
Ünvanda aparılan axtarış zamanı 9 millimetr tapança və 2 magazin, 31 patron, bomba istehsalında istifadə edilən lehimləmə maşını, ampermetr, mini elektrik mühərriki və motora qoşulmuş elektrik dövrələri, 3 kiçik boru başlığı, 2 kiçik işıq lampa və akkumulyator blokları ələ keçirildi. Terrorçunun ötən ilin noyabrında İstanbul Taksimdə 6 nəfərin həyatını itirdiyi eyni hücumu həyata keçirmək üçün son hazırlıqları gördüyü müəyyən edilib. Tutulan PKK/KCK terror təşkilatı üzvü ilə əlaqədar 3 nəfər də saxlanılıb. Şübhəlilərin istintaqı TEM şöbəsində davam etdirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.