“Xocalıda 13 yaşlı türk uşağını divara mıxlamışdılar”
Xocalıda soyqırım törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşanmışdır:
“1992-ci il fevralın 25-dən 26-a keçən gecə Sovet imperiyasının 366-cı alayının köməyi ilə erməni separatçıları Xankəndi ilə Əsgəranın arasında yerləşən Xocalı şəhərində dinc əhalinin üzərinə hücuma keçdilər. Müxtəlif çaplı pulemyotlardan, iri çaplı silahlardan atəş açmaqla günahsız insanları öldürdülər, konkret olaraq soyqırım, genosid, eyni zamanda da etnik təmizləmə siyasəti apardılar.
10.000-nə yaxın əhalisi olan Xocalıda soyqırım zamanı 3813 dinc əhali qətlə yetirilib. 613 nəfərin meyiti tapılıb-bunlardan 63 uşaq, 106 qadın, 70 qoca. Qalanlardan 1200 nəfəri bataqlıqda boğulub. 2000 nəfəri isə xocalı ətrafında tonqallarda yandırıblar. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itiriblər. Məlumata görə, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb,150 nəfər əsir götürülüb. 68 qadın və 26 uşağın isə taleyi hələ də məlumat yoxdur.
Azərbaycana qarşı ermənilərin apardığı genosid siyasəti Qaradağlı kəndində də öz acı nəticəsini vermişdir. Kənd camaatının demək olar ki, hər on nəfərdən biri həmin genosidin qurbanına çevrilib. İnsanlar diri-diri yandırılıb, güllələnib və girov götürülüb. Onlar insanların gözlərini çıxardıb, günahsız və köməksiz hamilə qadınların bətnindəki uşaqları süngü ilə deşmiş, uşaqların başlarının dərisini soymuşlar. Eyni zamanda girov götürülən insanların orqanlarının transplantasiya olunması kimi böyük cinayətlərə də əl atmışlar. Əslində ermənilər ruslardan istifadə etməklə genosid həyata keçirmişlər. Biz həqiqətləri dünya ictimaiyyətinə çattdırmağa çalışsaq da, bu əksinə baş verir. Fransada qəbul olunmuş söz azadlığını boğmağa yönəlik qərarı xüsusi qeyd etmək istəyirəm. Bu da insanlığa qarşı cinayət törətmiş cinayətkarları demək olar ki, birbaşa dəstəkləməkdir desək, yanılmarıq. Xocalı faciəsinin mahiyyəti, erməni şovinistlərinin, erməni silahlılarının və separatçılarının Azərbaycan əhalisinə qarşı tərətdiyi cinayətlərin və əsl həqiqətlərin ortaya çıxarılmasıdır. Xocalı faciəsi sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır. Həm də erməni millətçilərinin azəri türklərinə qarşı apardığı şovinist siyasətin dəhşətli nəticəsidir. Tarixə nəzər salsaq, 1905, 1907, 1918 və 1920-ci illərdən başlayaraq həmin illər ərzində, xüsusilə də 1948-ci ildə kütləvi köçürmələr, 1988-89-cu illərdə, daha sonra Topxana meşəsi, Daşaltı əməliyyatı və digər bunun kimi məsələlər konkret olaraq bir günün addımı deyildi. Bizim tarixçilərimiz tarixdə baş verən faciələr, qətliamlar barədə yazır. Amma bunun fəlsəfəsini bizə açıqlamırlar. Bizim nöqsanımızdan biri də budur. Bunu yaradan səbəblər, mahiyyət və istiqamət barədə səlis və dəqiq məlumat verən yoxdur. Deməli, səbəb və məqsəd nədirsə, bunları aydınlaşdırıb ortaya qoya bilmirik. Bizim tarixçilərimiz də, əlbəttə ki, bu istiqamətdə kifayət qədər işlər görmüşlər. Amma onlar ermənilər tərəfindən törədilən vəhşiliklərin, Xocalı soyqırımının tarixi fəlsəfəsini açıq ortaya qoymamışlar. “Böyük Ermənistan” xülyası ilə torpaqlarımızı işğal edənlərin işğalçı siyasətinin mahiyyətini dərk edib vaxtında anlasaydıq bu cür ağır nəticələrlə üzləşməzdik. Yəni bu gün işğal faktı – soyqırım törədilib. Erməni millətçilərin, erməni separatçılarının, başda Ter Petrosyan, Köçəryan və Sarkisyan olmaqla, Dağlıq Qarabağda azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətliamlar, genosid, soyqırım, etniki təmizləmə törədib dinc əhaliyə qarşı odlu silahlardan istifadə ediblər. İnsanlığa yaraşmayan, qəbulolunmaz hərəkətlərə yol veriblər. Bunlar birbaşa həmin hadisələrin təşkilatçıları və həyata keçirənləri olub. Biz bu vandalizm barədə dünya ölkələrinə, dünya birliklərinə, inkişaf etmiş dünya sivilizasiyasına çatdırmalıyıq. Xocalı faciəsi hələ 1980-ci illərdən başlayaraq Ermənistanda erməni milləti tərəfindən azərbaycanlılara qarşı torpaq iddiası və eyni zamanda türklərə qarşı bir aqressiya türklərin öldürülməsi, dinc və əliyalın əhaliyə qarşı güc tətbiq edilməsi ilə başladı. Erməni vandalları Xocalıda bu soyqırım əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdüb. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşanıb.
Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:
“Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirmədən dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdiyi müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: “Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mücadilə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”. Xocalı faciəsinin nəticələri ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz siyasi-hüquqi qiymətini tapdı. Belə ki, Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1994-cü il tarixli iclasında Xocalı soyqırımı (genosidi) günü haqqında qərar qəbul etdi. Qərarın birinci maddəsində göstərilir ki, fevralın 26-ı Xocalı soyqırımı kimi elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin: “Həmçinin Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1995-ci il tarixli iclasında Xocalı soyqırımı barədə həqiqətlərin dünya xalqlarına və beynəlxalq ictimaiyyətə çatdırılması ilə əlaqədar dünya parlamentlərinə və beynalxalq təşkilatlara müraciət edilməsini qərara aldı.
Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizlənmə və soyqırım siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə xüsusi incəliklərlə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma, gah canlı və qanlı toqquşmalar şəklini almış, daha da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir.. Azərbaycan diplomatiyası soyqırım haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, yəni bu istiqamətdə dünya ölkələrindəki hansı kı, bu ölkələrdə akrreditasiya olunmuş səfirliklər vasitəsilə faciənin canlı film, disk, xüsusi nəşr olunmuş kitablar vasitəsilə xarici dövlətlərdə müxtəlif dillərdə yayımlamışlar. Son dövrlər göstərir ki, aparıcı dünya dövlətlərinin Azərbaycana qarşı mövqeyi əvvəlkilərə nisbətən tam dəyişib. Bu o deməkdir ki, Azərbaycan dövlətinin diplomatiyasının uğurlu nəticəsi öz bəhrəsini verməkdədir”. Ordumuz 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisasını misli ilə aldı, torpaqlarımız işğaldan azad olundu. İndi Şəhidlərimizin ruhu şaddır. Allah Rəhmət eləsin!
Subut MEHDİYEV.
araz.az xəbər portalı.