1532866832_qazi-vaqif-elisoy.jpg

Araz.az mia.az-a istinadən xəbər verir ki, Dəyərli dostlar, məni və mənim doğma Cəbrayılımı tanıyan insanlar yaxşı bilir ki, bu bölgənin insanları necə adamlardır. Mən bir Azərbaycan türkü kimi bölgüçülüyün əleyhinə olan adamam. Cəbrayıl Qarabağın bir parçasıdır.

Bu bölgənin Azərbaycana verdiyi elm, sənət adamlarının, qəhrəman oğullarının adlarını sadalamağa ehtiyac görmürəm. Amma bir neçəsinin adlarını sadalamağa məcburam. Buna da səbəb var. Mehdi Mehdizadə, Əşrəf Hüseynov, Sabir Əhmədli, Şahmar Ələkbərov kimi elm, sənət adlarını (çoxunun adını hələ çəkmirəm), Qarabağ savaşının qəhrəmanları – Milli Qəhrəmanlar Şikar Aslanov, Mətləb və Vaqif Quliyevlər, Kazım Məmmədov, Vüqar Hüseynov, eyni zamanda bu ada layiq olan şəhidlərimiz Mirələmi , Mübarizi , Şakiri demirəm və onları tanitmağa ehtiyac da yoxdur. Hələ mən yurd həsrətinə dözməyib dostları ilə Kəlbəcərə gedən, qeyri bərabər döyüşdə 4-5 erməni gəbərdən, “təslim ol” çağrışına “türk şəhid olar, amma təslim olmaz”- deyən Həsən Həsənovu, Azərbaycan bayrağına dil uzadan erməninin başın kəsən Ramil Səfərovu demirəm. Bu gün də minlərlə Cəbrayıllı, qocalı – cavanlı qisas almaq, Qarabağa qayıtmaq arzusu ilə alışıb yanır.

Bu gün sosial şəbəkələrdə ən aktiv də Cəbrayıllılardır. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Azadlıq meydanında gedən mitinqlərə ilk səs verən, tariximizə “Xudafərin mitinqləri” kimi düşən hadisələri hamı yaxşı bilir.

Qarabağ savaşı zamanı Cəbrayılda müxtəlif xalqların və etnik qrupların və Azərbaycanın bütün bölgələrindən qeyrətli oğullar KİŞİ kimi döyüşüb və çoxu da şəhid olub. Bu gün onların hər birinin ruhu qarşısında baş əyirəm. Cəbrayıl camaatı onların hər birini öz şəhid balası kimi qəbul edib , canları bahasına onların meyidlərinin alınıb doğmalarına qaytarılmasına nail olub. Dəfnlərində iştirak edib hər birinin ailəsinə maddi – mənəvi dəstək olub.

Dəyərli dostlar, bütün bunları niyə yazıram? Dünən yaxın dostlardan biri inboxuma bir status göndərib və statusda adı çəkilən şair Yasəf Türksəsi tanıyıb tanımadığı soruşdu. Məlumat üçün deyim ki , statusda söhbət erməni – yezidi kürdü … Zaranın Azərbaycana gəlməsinə Yasəfin bəraət qazandırmasından gedirdi. Sonra sosial şəbəkəni izləyərkən bu fikri paylaşan saytlara və şəxslərə rast gəldim. Əksəriyyəti də onu tanınmış şair, yazıçı və Cəbrayıldan məcburi köçkün kimi təqdim etməklə cəbrayıllı olmağına işarə vururdular, hətta onlar arasında məni və cəbrayıllıları yaxşı tanıyan adamlar da var idi. Mən də həmin paylaşmanın birinə kiçik rəy yazmaqla səhifəmdə verdim k, cəbrayıllılar onun cavabını versinlər. Bildirirəm ki , bizim camaat belə şeylərə çox həssasdır. Bunu Aslan Şahverdiyev, o yaltaq arvad (adı yadımdan çıxlb) məsələsində sübut edib.

Yasəfi mən əla tanıyıram. Qonşu Süleymanlı kəndindəndir və qohumluğumuz da çatır. Suleymanlı kəndi daim ermıni gülləsini altında yaşaylb və Şikar Aslanov və Mətləb Quliyev kimi Milli Qəhrəmanların, Qəhrəman Həmidov, Müzəffər kimi oğulların diyarıdır. Kənd onlarla şəhid verib. Yasəfin özünə də yazdım ki, bu, nə qələtdir etmisən, ya çıx camaata izahat verib üzr istə, ya da çox sərt təpki, qınaq görəcəksən. Çox təəssüf ki, bu sətirləri yazan zaman cavab yoxdur. Heç olmasın. Söz ağızdan çıxıb və hər bir cəbrayıllı ona öz sözün deyir və deməkdədir.

Mənim isə sözüm Yasəfin cəbrayıllı olmağını qabardanlaradır. Beş barmağın beşi də bir olmaz. Narahat olmayın biz belə adamların cavabını vermişik və verəcəyik. Siz özünüzdən danışın. Mən də durub başqa bögələrdən erməni sevgisini qabardan və rusa yaltaqlanmaqla bizə həqarət edənlərin hansı bölgəni təmsil etdiyini qabardaram. Amma biz bilirik ki, bu, müəyyən dairələrin ortaya atdığı məkirli bir siyasətdir, milləti parçalamaqdır. Elə Zaranın da gətirilməyi. Sanki bizim əsəblərimizlə oynayırlar Alim qardaşımız ağdamlı Zaur Əliyevin “Şəhidlər xiyabanını ləğv etmək lazımdır” başlıqlı ironiya ilə yazdığı statusa yazılan rəyləri oxuyanda dəhşətə gəldim. Başa düşmədilər, Zauru. Bu, bir alimin, bir ziyalının millətin laqeydliyinə qarşı üsyanı idi. Yazıqlar olsun, bizə. Bilmirəm fikirlərimi sizə çatdıra bildim, ya yox. Amma düşünürəm ki, candan əziz sevdiyim Cəbrayıl camaatının fikirlərini catdıra bildim.

Qarabağ Qazisi, Vaqif Əlisoy

 

araz.az xəbər portalı.