Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

araz.az  Qaynarinfo-ya istinadən  xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, hadisə yerinə 400-ə yaxın xilasedici cəlb olunub. Məlumata görə, axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə helikopterlə daşınıb.
Türkiyənin təhsil naziri Mahmut Özer isə bildirib ki, zəlzələ nəticəsində 22 bina çöküb.

14.20

Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələ olub.
Qaynarinfo “HaberTurk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 6,9 km dərinlikdə yerləşib. Bildirilib ki, yeraltı təkanlar Kahramanmaraş, Adıyaman, Elazığ və başqa yaxın rayonlarda hiss edilib.
Zəlzələ nəticəsində binalar aşıb, iki nəfər yaralanıb. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, yeraltı təkan nəticəsində hələ ki ölən yoxdur.
Vitse-prezident vətəndaşları zədəli binalardan uzaq durmağa çağırıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.