araz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hələ islahatlar kampaniyası dövründə bu dalğanın DGK-dan da yan keçməyəcəyi deyilirdi. Qurumun səlahiyyətlərinin məhdudlaşdırılacağı, hətta ləğv edilərək Vergilər Nazirliyinə birləşdiriləcəyi barədə mühalihəzələr səsləndirilirdi. DGK-nın Vergilər Nazirliyinə birləşdriləcəyi ilə bağlı ehtimallar adıçəkilən qurumların bir-birini təkrarlaması ilə əsasladırılırdı. Lakin gözləntilərin əksi baş verdi. Vergilər Nazirliyi ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. DGK isə müstəqil qurum kimi mövcudiyyətini saxladı.
Bu sırada xüsusilə, BakI Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun adı çəkilir. Vüsal Novruzov uzun illər Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Mediada onun fəaliyyəti ilə bağlı neqativ materialların sayı-hesabı yoxdur.
Bu yazılarda Vüsal Novruzov biznes imperiyasından tutmuş korrupsiya əməliyyatlarına qədər çoxsaylı faktlar yer alıb. O, hələ işdən çıxarılanda həbs ediləcəyi barədə məlumatlar yayılmışdı. Lakin hansısa səbəbdən Vüsal Novruzov dəmir barmaqlıqlar arasına salınmadı.
Bu dəfə isə onun fəaliyyətinin ciddi araşdırılacağı və bunun nəticəsi olaraq gömrük generalının taleyi ilə bağlı qərar veriləcəyi bildirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.