“Yeni məvacib artımından sonra 25 %-dən çox müəllim 1000 manat və daha yuxarı əmək haqqı alacaq”.
araz.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Ümumilikdə müəllimlərin orta əmək haqqı məbləği 2014-ci ildən bu günə qədər 267 manatdan 790 manata qədər artıb. İki-üç ilə müəllimlərin orta aylıq maaşı 1000 manatdan yuxarı olacaq”, – deyə nazir bildirib.
Emin Əmrullayev qeyd edib ki, xaricdə alınan diplomların tanınması üçün elektron imza ilə şəhadətnamələr veriləcək. O deyib ki, bu yenilik saxtalaşdırmanın qarşısını alacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.