Qida Təhlükəsizliyi Agentliyi kolbasalarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
Xəzər Xəbər-in məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə edilən məhsullar alınmamalıdır.
Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. Lakin ət və ət məhsullarında bundan istifadə yolverilməzdir.
Mütəxəssislərin fikrincə, bu cür problemlərin yaşanmaması üçün istehsalçı firmaların xalqa açıq günləri olmalı və vətəndaşlar istehsal prosesini özləri görməlidirlər.
araz.az xəbər portalı.