Xəbər verdiyimiz kimi, Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbin direktoriu ilə müəllim dalaşıb. Onların əlbəyaxa olması barədə görüntülər sosial şəbəkədə yayımlanıb.
araz.az xəbər verir ki, görüntülərdə məktəbin direktoru Üzeyr Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş verən münaqişə lentə alınıb.
Ümumiyyətlə, son zamanlar məktəb direktorlarının təyinatındakı nöqsanlar cəmiyyətdə geniş tənqid olunur.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Biləsuvarda baş verən qarşıdurma məktəblərə direktor təyinatına olduqca həssas yanaşılmasının vacib olduğunu göstərir.
“Əvvəlki müsahibələrimdə də bu məsələyə xüsusi toxunmuşdum. Direktorların təyinatı tam obyektiv, ciddi araşdırmalar aparılaraq, ayrı-seçkiliyə yol verilmədən, tam şəffaf və tapşırıqsız həyata keçirilməlidir.
Son hadisə ağıllara belə bir sualı da gətirir. Neçə məktəbimizdə bu düşüncə, tərbiyə və təfəkkürdə müəllim və direktor var?
Son hadisə bir daha göstərdi ki, prosesə yenidən baxılaraq bu vəzifəyə uyğun olmayan, dolayı yollarla direktor təyin olunan şəxslər mütləq vəzifədən uzaqlaşdırılmalıdır”,-deyə deputat qeyd etdi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.