2018-07-29_110507.jpg

Dünən Bakıxanov qəsəbəsində “Neftçi” və “Keşlə” klubları arasında keçirilən yoxlama matçında anormal hadisə yaşanıb.

Sportlife.az xəbər verir ki, “Neftçi”nin bazasında keçirilən oyunun əvvələrində azarkeşlərin oyunu izləməsinə qadağa qoyulub. Bazadakı mühafizəçilər bu göstərişin klub rəhbərliyi tərəfindən verildiyini bildiriblər.

Daha sonra, azarkeşlərə şərtlə oyunu izləmək icazəsi verilib. Səs-küy salan azarkeşin bazadan qovulacağı bildirilib. Oyunu izləməyə gedən azarkeşlərdən biri baş verənləri belə nəql edib:

“Azarkeşlərlə birlikdə oyunu izləmək üçün bazanın qarşısına yığılmışdıq. Lakin mühafizəçilər oyunu izləmək üçün icazə verilmədiyini, göstərişin klub rəhbərliyi tərəfindən olduğunu bildirdi. 15-20 dəqiqədən sonra, azarkeşlər şərtlə bazaya buraxıldı. Mühafizəçilər oyunu sakitcə izməyən azarkeşin bazadan çıxarılacağı barədə xəbərdarlıq etdi”.

 

araz.az xəbər portalı.