erdogan 5

Ölkə mətbuatında gedən yazılara istinadən araz.az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanda baş verən qatar qəzası ilə bağlı Prezident Katerina Sakellaropoulou və ölkənin Baş naziri Kiryakos Miçotakisə başsağlığı verib.

Prezident Ərdoğan hadisədən dərin kədər hissi keçirdiyini bildirərək, qəzada həyatını itirənlərə görə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Yunanıstanın Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarı toqquşub. Sərnişin qatarının bəzi vaqonlarının relsdən çıxması və qabaq vaqonların yanması ilə nəticələnən qəzada 36 nəfər ölüb, 25-i ağır olmaqla 85 nəfər yaralanıb.

araz.az xəbər portalı.