Azərbaycanda bəzi tikinti şirkətlərinin vətəndaşlara qarşı etdikləri qanunsuzluqlardan çox yazılıb,çox deyilib.Saytımıza müraciət edən Bakı şəhər Süleyman Rüstəm küçəsi 193-də yaşayan Sədaqət Hüseynova da bu cür qanunsuzluğa məruz qalaraq evindən didərgin salınanlardandır.
Belə ki, S.Hüseynovanın bildirdiyinə görə “Rifah Plaza” şirkəti onları yaşadığı mənzildən zorla çıxararaq,evini söküb.Sozcu.az xəbər verir ki,bundan sonra məhkəməyə müraciət edən S.Hüseynova həm Ali Məhkəmənin,həm də Appelyasiya Məhkəməsnin qərarı ilə haqlı bilinib.Lakin məhkəmə qərarlarına məhəl qoymayan “Rifah Plaza”şirkəti S.Hüseynovanı evindən zorla çıxarmaqla qalmayıb,üstəlik onlara bir qəpik də olsun kompensasiya verməyib.Haqlı olduğuna aid əlində yetərincə sənət-sübut,dəlil,məhkəmə qərarları olduğunu qeyd edən Sədaqət Xanım,bütün bunlara baxmayaraq bütün dövlət orqanlarının bu özbaşınalığa göz yumduğunu çox təəsüf hissi ilə qeyd edir.Buna görə də Ölkə Prezidenti İlham Əiyevə və 1-ci vitse-prezident Mehriban Xanım Əliyevaya saytımız vasitəsi ilə müraciət edən S.Hüseynova 1-ci Xanımdan onu qəbul etməsini xahiş edir.Tək ümidinin Mehriban Xanımın onu qəbul etməsəində görən S.Hüseynova,bu qəbuldan sonra üzləşdiyi haqsızlığa son qoyulacağına ürəkdən inandığını qeyd edir.
Tel: 055 461 80 48
araz.az xəbər portalı.