Rusiyanın Surqut şəhərində yaşayan xanım soydaşımız Raya Məmmədovaya qarşı qaldırılan cinayət işi ilə bağlı məhkəmə yekun qərarını verib. Şükürlər olsun ki, üç azyaşlı uşaq anası olan Raya Məmmədova ilə bağlı həbs qərarı verilmədi. O, şərti cəzaya məhkum edilib. Məlum olduğu kimi, məhkəmə istintaqı dönəmində Raya Məmmədovanın öz ana dilində Azərbaycan xalqına etdiyi videomüraciəti ilk olaraq Azinforum.az saytı kimi biz yayımladıq. Həmin müraciət istər Azərbaycanda, istərsə də Rusiyada böyük səs-küyə səbəb oldu. Rusiyanın ən aparıcı media nümunələri olan: ORT, NTV kimi kanallar bizimlə bağlı süjetlər hazırladı. Raya Məmmədovanın müraciətinin tərəfimizdən yayımlanmasında hansısa arxa mənalar axtarmağa başladılar.
Ən maraqlısı budur ki, Raya Məmmədova Rusiya mediasına verdiyi son açıqlamasında bildirib ki, məhkəmənin yekun qərarından deyil, onun hüquqlarını müdafiə etmiş, əslən azərbaycanlı olan vəkili Amil Abbasovdan şikayət edəcək. Onun sözlərinə görə , vəziyyətin bu səviyyəyə gəlib çatmasında Amil Abbasov “böyük rolu” olub , çünki vəkil ona lazımi hüquqi yardımı göstərməyib. Xatırladaq ki, Amil Abbasov eyni zamanda Surqut şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun sədr müavinidir.
Məhkəmə Surqutdakı xanım soydaşımızla bağlı qərar verdi: Raya Məmmədova azadlıqda qaldı…
Rusiyanın Surqut şəhərində yaşayan xanım soydaşımız Raya Məmmədovaya qarşı qaldırılan cinayət işi ilə bağlı məhkəmə yekun qərarını verib. Şükürlər olsun ki, üç azyaşlı uşaq anası olan Raya Məmmədova ilə bağlı həbs qərarı verilmədi. O, şərti cəzaya məhkum edilib.
Məlum olduğu kimi, məhkəmə istintaqı dönəmində Raya Məmmədovanın öz ana dilində Azərbaycan xalqına etdiyi videomüraciəti ilk olaraq Azinforum.az saytı kimi biz yayımladıq.
Həmin müraciət istər Azərbaycanda, istərsə də Rusiyada böyük səs-küyə səbəb oldu. Rusiyanın ən aparıcı media nümunələri olan: ORT, NTV kimi kanallar bizimlə bağlı süjetlər hazırladı. Raya Məmmədovanın müraciətinin tərəfimizdən yayımlanmasında hansısa arxa mənalar axtarırdılar.
Ən maraqlısı budur ki, Raya Məmmədova Rusiya mediasına verdiyi açıqlamada bildirib ki, məhkəmənin yekun qərarından deyil, onun hüquqlarını müdafiə etmiş, əslən azərbaycanlı olan vəkili Amil Abbasovdan şikayət edəcək.
Onun sözlərinə görə , vəziyyətin bu səviyyəyə gəlib çatmasında Amil Abbasov “böyük rolu” olub , çünki vəkil ona lazımi hüquqi yardımı göstərməyib. Xatırladaq ki, Amil Abbasov eyni zamanda Surqut şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun sədr müavinidir.
Azinforum.az bildirir ki, Raya Məmmədovaya rus xalqını təhqir etdiyinı görə ittiham irəli sürülmüşdü. Raya Məmmədova isə qeyd edirdi ki, o, övladlarının ünvanına yağdırılan söyüşlərə cavab verərkən belə aqresiv mövqe ortaya çıxıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.