elcan-resulov.jpg

Aktyor Elcan Rəsulovun baş rol aldığı “Toydan sonra” yay serialından paylaşdığı anons müzakirəyə səbəb olub.

“Ölkə.Az”ın məlumatına görə, izləyicilərdən biri dolayısıyla komediya janrında çəkilən ekran işlərini tənqid edib. Ardınca aktyora Səyavuş Aslan, Nəsibə Zeynalova, Telman Adıgözəlov, Hacıbaba Bağırov, Yaşar Nuri, Eldəniz Zeynalov, Afaq Bəşirqızı, İlham Namiq Kamal kimi komediya ustalarını nümunə göstərib. E.Rəsulov isə öz növbəsində sözügedən aktyorlardan heç də zəif olmadığını diqqətə çatdırıb.

 

İntiqam VALEHOĞLU
Ölkə.Az

araz.az xəbər portalı.