hormozbogazi.jpg

İslaminSesi xəbər verir ki, bu barədə fransanın məşhur Figaro qəzeti məqalə dərc edib. Qəzetin iddiasına görə, Hörmüz boğazının bağlanması baş verərsə, o zaman “qara qızıl” 200 dollaradək bahalaşacaq.

 

Hörmüz boğazının bağlanması məsələsini qəzet boş yerə gündəmə gətirməyib. Belə ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalar haqda danışarkən, buna cavab olaraq Hörmüz boğazını bağlayacaqlarını bəyan eib.

 

Qeyd edək ki, Hörmüz boğazı Oman və Fars körfəzləri arasında yerləşir. Boğazın şimal sahilində İran, cənub sahilində isə Oman torpaqları mövcuddur. Boğazın eni 38.90 kilometrə qədərdir.

 

Fars körfəzinin uzunluğu təxminən 805, eni isə 280 kilometrdir. Dərinliyi isə orta hesabla 40-50 metr arasında dəyişir.

 Yaxın şərq ölkələri istehsal etdikləri neftin təxminən 40 faizini (ABŞ, Qərbi Avropa və Çinə) tranzit olaraq bu boğaz vasitəsi ilə daşıyırlar.

 

ABŞ-ın Enerji Məsləhətləşmələri institutunun qənaətinə görə, 2016-ci ildə hər gün 18,5 milyon barel neft bu boğazdan keçərək daşınıb. Bu isə əvvəlki illərə nisbətən 9 faiz artım deməkdir.

Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq, xam neft ixracının əhəmiyyətli bir hissəsi məhz bu boğaz vasitəsi ilə daşınır. Strateji əhəmiyyəti olduqca böyük olan Hörmüz boğazı İran və Omanın nəzarətindədir.

 

Hasil olunan neft, gəmi nəqliyyatı vasitəsi ilə xüsusilə Avropanın qərb ölkələrinə, Amerika Birləşmiş Ştatlarına və Çinə ixrac edilir. Bu səbəbdən də Hörmüz alternativi olmayan boğaz hesab olunur.

 

Mütəxəssislərin sözlərinə görə, Hörmüz boğazının tamamilə bağlanması, neftin qiymətini görünməmiş halda qaldıra bilər. Bundan isə ən çox Səudiyyə Ərəbistanı zərər görəcək. Bundan başqa neft idxal edən Asiya, Avropa ölkələri və ABŞ -da böyük bir problemlə üzləşə bilər.

 

araz.az xəbər portalı.