Saatlı rayonu Əhmədbəyli kənd icra nümayəndəsi Samiq Teymur oğlu Şahmarov onun barəsində Prezidentə şikayət məktubu yazdıqları üçün Novruzəli Əliyev və Şahin Əsgərovu məhkəməyə verib.
araz.az xəbər verir ki, bu barədə Axar.az-a sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə, S.Şahmarov məhkəmə vasitəsi ilə onları cəzalandırmaq istəyir.
Onların sözlərinə görə, icra nümayəndəsi iddia ərizəsində ayrı-ayrı dövlət qurumlarına, o cümlədən Prezidentə müraciət etmələrini əsas gətirərək, Saatlı rayon Məhkəməsində iddia qaldırıblar və min manat təzminat tələb edirlər.
Sakinlər bildirib ki, Prezidentə şikayət məktubunda S.Şahmarov barəsində işlətdikləri bir ifadəyə görə məhkəməyə veriblər.
İşin daha qəribə tərəfi odur ki, ərizə məhkəmə tərəfindən qəbul edilib və hakim Mirlətif Süleyman oğlu Sadıqovun icraatındadır.
Qanunvericiliyə əsasən də ictimailəşməyən bir ifadə məhkəmə predmeti olma bilməz. Prezidentə məktub da şəxsi müraciətdir və ictimailəşməyib. Məhkəmənin bu işi icraata götürməyi də olduqca absurddur.
Qeyd edək ki, Saatlı rayonu Əhmədbəyli kənd icra nümayəndəsi Samiq Şahmarov kənd sakinlərinə məxsus əkin sahələrini saxta yollarla ələ keçirməkdə ittiham olunur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.