iran_etiraz.jpg

Sistan və Bəlucistanın Zahidan şəhərində etirazlar yenidən alovlanıb.

araz.az apa.az-a istinadən xəbər verir ki, molla rejiminin ədalətsiz hakimiyyəti ilə barışmayan bəluc xalqı ənənəvi olaraq cümə etirazlarına start verib.

Bu gün keçirilən etiraz cümə namazından sonra Zahidanda ard-arda keçirilən 22-ci aksiyadır. Bugünkü etirazlardan əvvəl Məkki məscidinin imamı Moləvi Əbdülhəmid xütbəsində İran hökumətinin məktəbliləri zəhərləməkdə ittiham edib.

Aksiya zamanı etirazçılar zorakılıqla həbs edilib, hərbçilər Məkki məscidini mühasirəyə alıblar.

Qeyd edək ki, Zahidan şəhərində etnik bəluc etirazçılarının qarşısını almaq üçün molla rejimi repressiv qüvvələrini şəhərə cəmləşdirib.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.