Artıq günlərdir Qobu Park-2 yaşayış kompleksində “Kristal Abşeron” tikinti şirkətinin inşa etdiyi binanın uçmaq təhlükəsi olduğuna dair məlumatlar yayılır.

araz.az Yenipress.az-a istinadən xəbər verir ki, görüntülərdən “Kristal Abşeron” tikinti şirkətinin inşa etdiyi 17-ci binanın artıq əyilidiyi aydın olur.

Bu gün yayılan məlumatlarda isə Qobu Park-2 yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş “Kristal Abşeron”un əməkdaşlarının binaya baxış keçirdiyi açıqlanıb.

Qeyd olunub ki, guya sözügedən binanın tikintisi zamanı heç bir tikinti qaydaları pozulmayıb.

Bildirilib ki, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq – antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmirmiş.

Bu gün yayılan videolardan isə aydın görünür ki, binalar əyilir və onun qarşısını almaq üçün bu cür primitiv üsuldan istifadə edirlər. 

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.