Xural TV internet kanalının rəhbəri, jurnalist Əvəz Zeynallının istintaqı yekunlaşıb.
araz.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya jurnalistin vəkilləri bildirib.
Məlumata görə, yaxın günlərdə günlərdə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
O Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 311, 312 – ci maddələri ilə ittiham olunur.
Qeyd edək ki, beynəlxalq təşkilatlar Əvəz Zeynallını azad etmək üçün hökumətə çağırış edib.
araz.az xəbər portalı.